26.04.2018 02:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
“Deputatlar Ermənistan tərəfindən manipulyasiya ediliblər”

 
 



EL UNIVERSAL, Meksika
27.12.2017


Müəllif: Qabriel Moysen

Azərbaycan Respublikasının Meksikadakı müvəqqəti işlər vəkili Məmməd Talıbov deyir ki, Azərbaycanın 1992-ci ildən bəri Ermənsitan tərəfindən işğal olunmuş regionu olan Dağlıq Qarabağdakı münaqişənin bircə həll yolu var – rəsmi Yerevan BMT Təhlükəsilik Şurasının qətnamələrinə əməl etməli və öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmalıdır.

Oktyabrda “Morena” və PRD-dən olan 3 federal deputatın Azərbaycan hökumətinin icazəsi olmadan qondarma Dağlıq Qarabağ Respublikasına səfər etməsi bu mövzunun bizim ölkəmizdə də müzakrəyə çıxarılmasına səbəb olub. Buna cavab olaraq cənab Talıbov Xarici İşlər Nazirliyinə və Konqresə etiraz məktubu ünvanlayıb.

“Mən Ermənistan hökumətinin və onun buradakı səfirinin (Ara Ayvazyan) meksikalı deputatları bu münaqişəyə qarışdırmasına xeyli təəcübləndim. Çünki biz Ermənsitanla Meksika arasındakı münasibətlərə qarşı deyilik, onların dostluq qrupunun mövcudluğunu da bilirik. Lakin təəssüf ki, Ermənsitan səfiri siyasi xal qazanmaq üçün deputatların xəbəri belə olmadan, onlardan istifadə etmək istəyib”, - deyə Talıbov bildirib.

“El Universal”a müsahibə verən diplomat deyib: “Deputatları Meksika Xarici İşlər Nazirliyinin belə səfərlərlə bağlı xəbərdarlığını, Dağlıq Qarabağın beynəlxalq səviyydə tanınmış Azərbaycan ərazisi olması faktını nəzərə almadan oraya aparıblar. Onların dünyada heç kəsin, o cümlədən Ermənistanıın tanımadığı qondarma bir qurumun bayrağı ilə şəkillərini çəkərək, məqsədli şəkildə guya Meksikanın bu separatçı regionu tanıdığı fikrini yaratmağa çalışıblar”.

Presedentsiz və dəhşətli

Talıbov Xarici İşlər Nazirliyinə və Deputatlar Palatasına bu hadisə ilə bğlı etirazını bildirib. “Onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. Təəssüf ki, Ermənsitan səfiri presedentsiz və dəhşətli bir oyun oynayır. O, Meksika vətəndaşlarını öz ölkələrinin Xarici İşlər Nazirliyinin səfərlə bağlı xəbərdarlığına məhəl qoynmamağa çağırır”, - deyə diplomat qeyd edib: “O, belə əməllərə son qoymalıdır. İnsan haqlarından danışır, amma Qarabağdan bu qədər insanın öz evlərindən niyə qovulduğundan, öldürdüyündən, zorlandığından söz açmır”.

Ayvazyanın Dağlıq Qarabağda ermənilərin “daha bir soyqırıma məruz qala biləcəyi” haqda bəyanatına toxunan diplomat deyib: “Bu, indiki mövzuya heç bir aidiyyatı olmayan məsələdir. Bu, heç etik də deyil. Azərbaycan multikultural, dözümlülüyü ilə tanınan ölkədir. Bizdə aşkenaz və sefarad yəhudiləri, pravoslav və katolik xristianlar, sünni və şiə müsəlmanlar yaşayır. Bakının mərkəzində erməni kilsəsi belə, var”.

Ermənistanla Azərbaycan Osmanlı imperiyasının, sonra isə Sovet İttifaqının bir hissəsi olublar. SSRİ-nin süqutundan sonra onların hər ikisi müstəqillik qazanıb. Lakin 1988-1994-cü illərdə Dağlıq Qarabağda iki tərəf arasında müharibə başlayıb.

Talıbov Meksika ilə Azərbaycana arasındakı yaxşı münasibətlərdən də söz açıb: “Biz diplomatik münasibətlərimizin qurulmasının 25 illiyini qeyd edirik. Əminliklə deyə bilərəm ki, biz birlikdə daha çox iş görə bilərik. Bizim müxtəlif sahələrdə əməkdaşlıq etmək imkanlarımız var”.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EL UNIVERSAL


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az