26.04.2018 01:58
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Patriarx Kirill Azərbaycanın birinci vitse-prezidentinə Müqəddəs Olqa ordenini təqdim edib

 
 



CIEL FM, Belçika
27.12.2017


Müəllif: Leo Bonaven

Çərşənbə axşamı Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenini təqdim edib. Azərbaycan Dövlət İnformasiya Agentliyinin məlumatına görə, təqdimetmə mərasimi Moskvadakı Xilaskar İsa Məbədində keçirilib.

Patriarx deyib ki, xanım Əliyeva bu mükafata Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyinə və Həştərxan şəhərinin həyatında xüsusi iştirakına görə layiq görülüb. “Siz ölkənizin və xalqınızın həyatında çox önəmli rol oynayırsınız. Çox yüksək istedada və mənəvi keyfiyyətlərə malik bir insan kimi, həm də vətəninizdən kənarda böyük işlər həyata keçirirsiniz”, - deyə o, qeyd edib.

Öz növbəsində, xanım Əliyeva qeyd edib ki, bu gün rəsmi Moskva ilə Bakı arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur. “Azərbaycan və Rusiya strateji tərəfdaşlardır və əlbəttə ki, bizim humanitar sahədə əməkdaşlığımız bu tərəfdaşlığın çox mühüm hissəsidir. Bizim çox böyük ortaq mədəni irsimiz var”, - deyə Mehriban Əliyeva bildirib. O, deyib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bu potensialı nəinki itirməyib, hətta əksinə, çoxaldıb.

Rus mədəniyyətinə tükənməz maraq

Mehriban Əliyeva vurğulayıb ki, bu gün Azərbaycanda böyük rus ədəbiyyatına və mədəniyyətinə tükənməz maraq var: “Məktəblərdə rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb. Bizim ölkəmizdə təhsil prosesinin tamamilə rus dilində olduğu 300 məktəb, hətta 300-dən çox məktəb fəaliyyət göstərir”.

Azərbaycanın birinci vitse-prezidenti paytaxt Bakıda Azərbaycan Dövlət Rus Dram Teatrının, Slavyan Universitetinin də fəaliyyət göstərdiyini xatırladıb. Bununla yanaşı, ölkədə Rusiyanın aparıcı ali məktəblərinin filiallarının açılması meyli yaranıb: “Bizdə Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filiallarının çox uğurlu fəaliyyəti səmərəli əməkdaşlığımızın daha bir nümunəsidir”.

Heydə Əliyev Fondu və Həştərxan

Azərbaycanın ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun dəstəyilə 2013-cü ildə Həştərxanda Müqəddəs Mələksima Knyaz Vladimirə abidə ucaldılıb. Azərbaycanın birinci vitse-prezidenti deyib: “Bu abidənin yaradılması üzərində Azərbaycanın ən yaxşı rəssamları və memarları çalışıb. Onlar bir il ərzində bizim Rus Pravoslav Kilsəsinə dərin hörmət və ehtiramımızı ifadə edən möhtəşəm abidə yaratdılar”.

Bundan başqa, Fondun maliyyə dəstəyilə Həstərxanda lisey təmir olunub, uşaq bağçası, Azərbaycan-Rusiya dostluq körpüsü tikilib.

Müqəddəs Mələksima Knyaginya Olqa ordeni 1988-ci ildə Rusiyada xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar təsis olunub. Bu ordenlə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilir.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CIEL FM


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az