23.06.2018 02:23
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraildə Azərbaycan səfirliyi nə vaxt açılacaq?
 
22.06.2018
Infos-Israel.News, İsrail
 

  Azərbaycanın gözəl, rahat və əfsanəvi Masallı rayonu ilə tanış olun - FOTO
 
20.06.2018
Parsine.com, İran
 

  Azərbaycan Prezidenti Əliyev: “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir”
 
14.06.2018
Anadolu Ajansı, Türkiyə
 

  Azərbaycan qazının Avropaya nəqlinin əngəllənməsi üçün rusların lobbiçiliyi və İtaliyanın sabotajı
 
13.06.2018
ANAJ, İran
 

  Şəmkir: Azərbaycan almanlarının sığındığı yer - VİDEO
 
12.06.2018
Mir TV, Rusiya
 

 
 
Bakıya səyahət - FOTOREPORTAJ

 
 



Prussian Blue, Fransa
30.12.2017


Müəllif: Qiyom de Sardes

Nə üçün məhz Bakı? Mən bu şəhər, onun tarixi haqda demək olar ki, heç nə bilmirəm. Bura mənə uzaqdan görünən İpək Yolunu, karvansarayı və neft buruqları səhnəsini xatırladır. Artıq tanıdığın bir məkana səyahət etməkdə yaxşı nə var ki?

“Alov qüllələri” kompleksi şəhərə hakimdir. Metal və şüşədən tikilmiş bu qüllələri şəhərin istənilən nöqtəsindən görmək mümkündür. Bu yaşayış kompleksinin layihəsi göydələnlərin tikintisi üzrə ixtisaslaşmış Amerika memarlıq şirkəti “HOK” tərəfindən hazırlanıb. Mənə elə gəldi ki, bu göydələnlər İranla Rusiya arasında yerləşən bu kiçik ölkənin böyük iddialarının rəmzidir.

Elə oradaca bir məscidin qübbəsi və minarələri də göyə ucalır. Bu, bizə islam torpağında olduğumuzu xatırladır. Azərbaycanda din, vicdan azadlığı mövcuddur. 1918-ci ildə Şərqdə ilk dünyəvi respublika məhz bu ölkədə yaranıb. Burada prozelitizm qadağandır. Müxtəlif icmalar – müsəlmanlar, xristianlar, yəhudilər və atəşpərəstlər burada sülh şəraitində yaşayır. Qadınların səsvermə hüququ var, onlar çadra geymir və istədikləri kimi, sərbəst rəqs edə bilir. Bakıda Parisdəki kimi yaşayırsan.

Diplomat dostumuz Zaurun sayəsində Milli Məclisdə oldum. Binanın girişində Heydər Əliyevin heykəli var. Onun qoruyucu kölgəsi hələ də ölkə üzərindədir. DTX-nin (KQB) sabiq yüksək rütbəli məmuru, sovet Siyasi Bürosunun üzvü (Büroya Andropov tərəfindən üzv seçilib və Qorbaçov tərəfindən oradan uzaqlaşdırılıb) olan Heydər Əliyev 1993-cü ildən 2003-cü ilədək bu respublikanın prezidenti olub. Güclü strategiyaya malik Heydər Əliyev Bakıdan Gürcüstanın Supsa şəhərinə Rusiyadan yan keçməklə neft kəməri çəkdirib. Bununla da ölkənin iqtisadi və siyasi müstəqilliyinin əsası qoyulub.

2004-cü ildə “Pritzker” mükafatına layiq görülmüş iraqlı memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi şəhərin ən yaraşıqlı binalarından biridir. Mən gecənin düşməsini gözləyərkən orada bir neçə saat keçirdim. Onun forması mənə ölkənin cənub-qərbində yerləşən İlandağın formasını xatırladır.

Sevdiyim bir çox şəhərlər – Nitsa, Beyrut, İstanbul, Sankt-Peterburq kimi, Bakı da liman şəhəridir. Xəzər dənizini, onun qoxusunu, küləyini və quşlarını şəhərin hər yerində hiss etmək mümkündür.

Təsadüfən bir sıra küçələrdə, yaxşı restoranlarda və bir klubda oldum. Nəhayət, az da olsa Bakını gecə görə bildim. Mən oraya səbəbsiz getmişdim. Amma artıq bu şəhərə qayıtmaq üçün səbəbim var.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Prussian Blue


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az