22.09.2018 08:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Azərbaycanın XIX əsr şairəsi Xurşidbanu Natəvanın şəxsiyyəti ilə tanışlıq

 
 



ANAJ, İran
09.01.2018


Xurşidbanu Natəvan XIX əsrdə Azərbaycanın ən yaxşı qəzəl şairələrindən biri olub. O, şeirlərinin əksəriyyətini Azərbaycan türkcəsi və fars dillərində yazıb. Natəvan öz ali məqsədlərini Azərbaycanı abadlaşdırmağa, onun ədəbiyyatını təkmilləşdirməyə sərf edib.

Bu il fevralın 21-də Təbriz Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının İranın Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzilə əməkdaşlığı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda “Xurşiddən Pərvinədək” adlı konfrans keçiriləcək. Konfransda 2 ölkənin 2 məşhur şairəsinin intellektual və poetik aspektlərindən danışılacaq. Tədbir Təbriz Universitetinin rektorunun, müasir və klassik ədəbiyyat sahəsində mütəfəkkirlərin və ekspertlərin iştirakı ilə keçiriləcək. O, ədəbiyyat alimlərinin və elitasının iki ölkənin müasir şairlərilə tanışlığına həsr olunur.

Xurşidbanu Natəvan XIX əsr Azərbaycanının ən məşhur şairələrindən biri olub. O, Azərbaycan şeiri və ədəbiyyatının inkişafı, tərəqqisi naminə böyük əsərlər yaradıb. Bu parlaq inci XIX əsrdə Azərbaycanın ən yaxşı qəzəl şairələrindən olub. Şeirlərinin əksəriyyətini Azərbaycan və fars dillərində yazıb. O, bütün səylərini Azərbaycanın abadlaşdırılmasına və onun ədəbiyyatının təkmilləşdirilməsinə sərf edib. Xurşidbanunun atası Mehdiqulu xan Qarabağ xanı, anası Bədircahan bəyim Gəncə xanı Cavadxanın nəvəsi olub.

Natəvan 1832-ci il avqustun 15-də Şuşada doğulub. O, Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, Qarabağ xanlığının banisi İbrahimxəlil xanın nəvəsidir. Natəvan ailənin yeganə övladı və Qarabağ xanlarının sоnuncu vərəsəsi оlub və bu üzdən sarayda onu “Dürrü yekta” (Təк inci) deyə çagırıblar. Xalq arasında isə o, “Xan qızı” kimi məşhur olub.

1845-ci ildə Mehdiqulu xanın vəfat etməsilə onun bütün hüquqları qızı Xurşidbanuya keçib. Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şairəliyi ilə yanaşı, rəssam kimi də şöhrət tapmışdı. Ana dili ilə bərabər, ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini mutaliə edir, onların yaradıcılığından bəhrələnirdi. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan bir çox Quran ayəsini əzbər bilir, eyni zamanda, müasir elmlərlə maraqlanırdı. Şərqin böyük şairlərinin kitablarını və əlyazmalarını əldə etməsi isə Natəvanı klassik ədəbiyyata bağlamışdı.

1850-ci ildə Natəvan Xasay bəylə ailə qurub. Onlar əvvəlcə Dağıstana, oradan isə Tiflisə yollanıblar. Onların 1 oğlu, 1 qızı dünyaya gəlib. 1869-cu ildə Xasay bəyin intihar etməsindən sonra Xurşidbanu Seyid Həsən Ağa ilə ailə qurub və bu izdivacdan 1 qızı, 2 oğlu olub. İkinci dəfə ailə qurduqdan sonra Şuşaya qayıdan Natəvan təxminən 20 il “Məclisi üns” ədəbi məclisinə rəhbərlik edib. Onun bir çox şeiri yazıldıqdan dərhal sonra onlarla böyük və tanınmış şair tərəfindən alqışlanıb. Natəvanın şeirlərinə çox sayda kompozisiya və mahnı bəstələnib.

Natəvanın 1873-cü ildə Şuşaya çəkdirdiyi su kəməri indi də “Xan qızı bulağı” adı ilə məşhurdur. Natəvan Araz çayından Mil düzünə də su kəmərinin çəkilməsi təşəbbüsü ilə çıxış edib.

Natəvan ədəbi-ictimai fəaliyyətilə yanaşı, həm də bacarıqlı rəssam idi. Onun rəsm əsərləri “Gül dəftəri” rəsm albomunda toplanıb. Təəssüf ki, kədərlə dolu həyatı, övladının vəfatı, dövrün hökmdarlarının haqsızlıqları bu Azərbaycan qadınını tez qocaldaraq əldən salıb. Nəticədə istedadlı xanım 1897-ci il oktyabrən 1-də vəfat edib. O, Ağdamın “İmarət” qəbiristanlığında torpağa tapşırılıb.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az