20.07.2018 18:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
İranın vitse-prezidenti: “Azərbaycanla əlaqələrin inkişafı Tehranın strateji siyasətidir”

 
 



ISNA, İran
10.01.2018


İranın parlament məsələləri üzrə vitse-prezidenti Hüseynəli Əmiri: “Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi İran İslam Respublikasının strateji və praktik yanaşmasıdır. Bu siyasətdən hər iki ölkə yararlanır”.

Ərdəbil vilayətinə səfəri çərçivəsində ISNA agentliyinə müsahibə verən Hüseynəli Əmiri deyib ki, hökumətin məqsədlərindən biri qonşu ölkələrlə münasibətləri genişləndirməkdir. “Bu mənada Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi önəm və əhəmiyyət daşıyır”, - deyə o, qeyd edib.

Bu məqsədə nail olunması üçün İran və Azərbaycan prezidentlərinin çoxsaylı görüşlər keçirdiklərini xatırladan Əmiri deyib: “İran höküməti iki ölkə arasında iqtisadi, siyasi, ticarət və mədəni əməkdaşlığın heç bir maneəsiz inkişafında maraqlı olduğunu dəfələrlə bəyan edib. Son illərdə bu əlaqələrin sürətlə inkişaf etdiyini, getdikcə möhkəmləndiyini müşahidə edirik. Hər iki ölkənin bunda maraqlı olması münasibətlərin genişlənməsinə yardım edir. Ümid edirik ki, iki ölkə arasındakı ortaq cəhətlər regional və beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə zəmin yaradacaq”.

Əmiri İranla Azərbaycan arasında Astara və Biləsuvar gömrük məntəqələri vasitəsilə dəmir yolu kommunikasiyasının təkmilləşdirilməsinin əhəmiyyətini də vurğulayıb. “İran prezidenti yol və şəhərsalma nazirinə bununla bağlı dəfələrlə göstəriş verib. Prezident hesab edir ki, iki ölkə dəmir yolu vasitəsilə birləşməli və bununla, ümumi maraqlar əsasında iqtisadi-ticarət əlaqələri inkişaf etdirilməlidir”, - deyə vitse-prezident qeyd edib: “Biz Ərdəbil-Miyana dəmir yolu xəttinin Ərdəbil vilayətinin şimal hissəsinə qoşulacağına və Azərbaycan dəmir yolu xəttilə birləşəcəyinə, beləliklə də qonşu ölkə ilə qarşılıqlı fəaliyyət və mübadilə üçün şəraitin yaranacağına ümid edirik”.

Əmiri hökumətin İranda 8 azad ticarət zonasının yaradılması planı haqda da danışıb: “Hazırda layihəyə parlamentin iqtisadi komissiyasında baxılır və ümidvarıq ki, parlamentin açıq iclasında yekun layihə təsdiqlənəcək. Bununla da Ərdəbil vilayəti ölkənin azad ticarət zonalarına qoşulacaq”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az