15.10.2018 18:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Naxçıvan – 2018-ci il İslam Mədəniyyətinin Paytaxtı - FOTO
 
15.10.2018
AVESTA, Tacikistan
 

  Azərbaycan Pakistana kredit təklif edir
 
15.10.2018
The Express Tribune, Pakistan
 

  Dünya ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətinə göz yumur
 
10.10.2018
Şəbəb əl-Nil, Misir
 

  Xəzərin neft-qaz yataqlarının işlənilməsində Bakı-Moskva əməkdaşlığı
 
10.10.2018
IRNA, İran
 

  AXC (1918-1920): müsəlman Şərqinin ilk demokratik respublikası
 
09.10.2018
DIPLOMAT MAGAZINE, Niderland
 

 
 
Yanardağ Zayed İrsi Festivalında - FOTOREPORTAJ

 
 



Əl-Ruya, BƏƏ
16.01.2018


Müəllif: Həsən əl-Ərəbi

Şeyx Zayed İrsi Festivalı səyahətsevərlərə yaxşı fürsət verir, onları builki festivalda iştirak edən 30-dan çox ölkənin mədəniyyəti və tarixilə tanış edir, tətillərini keçirmək üçün turizm istiqamətləri seçmələrinə yardım göstərir.

Festival təkcə ənənəvi irs sənətlərinin və sənətkarlıq məhsullarının, iştirakçı dövlətlərin regionlarının özünəməxsus xüsusiyyətlərini tanıtmaqla kifayətlənmir, eləcə də milli pavilyonlara ölkələrinin turizm bölgələrinin təbliği üçün bir platforma olmaq imkanı yaradır.

Azərbaycan pavilyonu hazırkı festivaldan ən yaxşı istifadə etməyə, çoxlu milli irs elementlərini, təbii materiallardan hər hansı kimyəvi əlavəsiz hazırlanan orqanik məhsulları və qidaları, eləcə də Azərbaycanın məşhur turizm regionları və məkanlarını tanıtmağa çalışır. Pavilyonun bir çox ziyarətçilərini cəlb edən mühüm guşələrindən biri Azərbaycanda turizmin təşviqilə bağlıdır. Bu guşə turistləri ölkənin mühüm turizm imkanları ilə tanış olmaq üçün Azərbaycana qısa ekskursiyaya aparır. Guşədə turistlər üçün vizaların verilməsi, otellərdə otaqların sifarişi, ailəvi və qrup halında maraqlı turist turlarının təşkili xidmətləri təqdim edilir. Eləcə də orada safari, şoppinq turları və foto-video çəkiliş xidmətləri, müalicəvi kükürdlü su vannalarının qəbulu üçün tur xidmətləri barədə məlumat verilir.

Pavilyonun qonaqları Azərbaycanın məşhur turizm məkanları ilə, həzz ala biləcəkləri mühüm turlarla tanış edilir. Bakı şəhər turu zamanı qonaqlar şəhəri ən yüksək yerdən seyr edə, funikulyorla gəzə, kiçik Venesiya şəhərciyində Xalça muzeyinə, eləcə də İçərişəhərin görməli yerlərinə, o cümlədən Qız qalasına, Cümə məscidinə, karvansaralara, qədim hamamlara, Miniatür Kitab Muzeyinə baş çəkə bilərlər.

Pavilyonda qonaqlara Qobustana maraqlı tur çərçivəsində qayalar üzərindəki mədəniyyət izləri, palçıq vulkanları, heyvanat bağçası ilə, eləcə də Abşeron turu zamanı Heydər Əliyev Mərkəzi, Qala Tarixi-Etnoqrafik Muzeyi, Yanardağ, Nəbatat bağı, Qafqazın ən böyük məscidi olan Heydər məscidi ilə tanışlıq imkanları verilir.

Festival boyu ziyarətçilər Qəbələ rayonuna tur çərçivəsində Qafqazda ən qədim məscidi, Yeddi gözəl şəlaləsi, Nohur gölü, Asma körpü, o cümlədən Quba rayonuna tur çərçivəsində meyvə bağları, rayonun təbii mənzərələrilə tanış olmaq, Şahdağa, Məstərgah şəlaləsinə, Çənlibel gölünə, Xalça fabrikinə, kənd bazarına səfər imkanları haqda məlumatlandırılır.

Azərbaycan pavilyonu sadəliyi və rəngarəng təqdimatları ilə seçilir. Oradakı dükanlardan biri müxtəlif çeşidli və müalicəvi təbii bal, arıçılıq məhsulları, eləcə də Azərbaycan bağlarından yığılmış meyvələrdən hazırlanmış təbii şirələr, həmçinin turşular, kəklikotu, bəzi müalicəvi bitkilər nümayiş etdirir.

Başqa dükanda isə təbii məhsullardan hazırlanmış qadın və kişi ətirlərinin böyük kolleksiyası nümayiş olunur. Həmçinin təbii yağların, çiçəklərdən, təbii bitkilərdən çəkilmiş, hər hansı kimyəvi əlavəsi olmadan orqanik maddələrdən hazırlanmış kremlərin, şampunların müxtəlif çeşidləri təqdim edilir.

Dükanlardan biri ləbləbi növləri, quru meyvələr, qəhvə, karkade, kişmiş, qoz, badam, əncir qurusu və Azərbaycanın müəyyən bölgələrində məşhur olan başqa çərəzlər təqdim edir.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Ruya


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az