21.02.2018 11:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanda prezident seçkisi - 2018
 
20.02.2018
National Courier, Pakistan
 

  Arxiyepiskop Gallager Azərbaycanda ilk katolik yepiskopunu təqdis edib
 
19.02.2018
Cath.ch, İsveçrə
 

  Zaman Ermənistanın əleyhinə işləyir
 
19.02.2018
ANAJ, İran
 

  Azərbaycanın Transxəzər qapısı vasitəsilə Çindən Avropaya
 
16.02.2018
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan hara addımlayır?
 
16.02.2018
Trud, Rusiya
 

 
 
Məktub: Azərbaycandakı qurbanların xatirəsinə sükut anı

 
 



THE REGISTER CITIZEN, ABŞ
25.01.2018


Müəllif: Kamilla Mörfi

Redaktora:

1990-cı il yanvarın 20-nə keçən gecə 26 minlik Sovet ordusu Azərbaycana yeridilib. Ölkənin televiziya stansiyasının enerji bloku partladıldıqdan və bütün respublika informasiya blokadasına salındıqdan sonra Qırmızı ordunun tankları Azərbaycanın paytaxtı olan Bakı şəhərinə doğru hərəkətə başlayıb. Bu zaman onlar hərəkət edən hər şeyə atəş açıb.

Rəsmi rəqəmlərə görə, həmin gecə 140 mülki vətəndaş öldürülüb, 700-dən çox insan yaralanıb. Öldürülmüş mülki vətəndaşlarla dolu olan küçələr Qırmızı ordunun 1956-cı ildə Budapeştdə və 1968-ci ildə Praqada törətdiyi cinayətləri xatırladırdı.

“Human Right Watch” təşkilatının “Azərbaycanda qara yanvar” hesabatında deyilir ki, “1990-cı il yanvarın 20-nə keçən gecə Sovet ordusu azərbaycanlıları kütləvi şəkildə cəzalandırmaq üçün zorakılığa əl atıb”.

Araşdırmalar nəticəsində məlum olub ki, Sovet ordusu daha çox insanların öldürülməsi üçün “Kalaşnikov” avtomatında ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrdən istifadə edib. Bu güllələr insanın əzablarını qat-qat artırır, daxili qanaxmaya səbəb olur. Nəticədə insanın ölüm riski artır.

Bütün dünyada “Qara yanvar” kimi tanınmış bu faciə Azərbaycanda Sovet hakimiyyətinin sonunun başlanğıcı olub, Sovet İttifaqının dövlətçilik təməllərində çatlar yaradıb.

O vaxtdan 28 il keçməsinə baxmayaraq, “Qara yanvar”ın əhəmiyyəti azalmayıb. Hər il yanvarın 20-də milyonlarla azərbaycanlı və bu ölkənin dostları Azərbaycanın müstəqilliyi uğrunda həyatını qurban vermiş insanların xatirəsini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edir.

Mən və ailəm 20 Yanvar faciəsini və qurbanların xatirəsini anmaq üçün ABŞ Azərbaycanlıları Şəbəkəsinin keçirdiyi tədbirə qoşulmuşduq. Sizdən də qurbanların xatirəsini bir dəqiqəlik sükutla anmağı, bundan əvvəl bir sıra ştatların qanunvericilərinin etdiyi kimi, bəyanat verməklə azərbaycanlılara dəstək göstərmənizi xahiş edirəm.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE REGISTER CITIZEN


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az