18.11.2018 17:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Dünyada ən kiçik kitablar... Azərbaycanın Miniatür Kitab Muzeyindəki eksponatlara zərrəbinlə baxmaq lazımdır

 
 



Əl-Lıva, Livan
26.01.2018


Muzeydəki ən böyük kitabın ölçüsü 7,5 santımetrdən çox deyil. Dünyada ilk və yeganə olan Miniatür Kitab Muzeyi Azərbaycanın paytaxtında yerləşir. Muzeydə dünyanın 60-dan çox ölkəsindən gətirilmiş mikrokitablar nümayiş etdirilir. Muzey malik olduğu müxtəlif kitab eksponatlarına görə Ginnesin Rekordlar Kitabına daxil edilib.

Zərifə xanımın kitabları toplamaq ideyası

7500-ə yaxın kitabın nümayiş etdirildiyi muzeyə getmək qərarına gəlsən, gərək özünlə zərrəbin aparasan. Çünki orada saxlanılan kitablardakı yazıları yalnız mikroskopla görə bilərsən.

Dünyada yeganə olan bu unikal muzeydə miniatür kitablar nümayiş etdirilir. Onları tanınmış azərbaycanlı rəssam Tahir Salahovun bacısı, yazar Zərifə Salahova 66 ölkədən toplayıb.

Hekayə belə başlayıb: getdiyi hər ölkədə miniatür kitab toplamaq həvəskarı olan mədəniyyət xadimi Zərifə Salahovanın minlərlə miniatür kitabdan ibarət kolleksiyasını muzeyə çevirmək qərarına gəlib. Nəticədə Miniatür Kitab Muzeyi yaranıb. O, Azərbaycan hökumətindən rəsmi dəstək alıb.

Azərbaycanlı mədəniyyət xadimində mütaliəyə həvəs hələ uşaqlıq illərindən yaranıb. Onun böyük qardaşları – Sabir, Mahir və Tahir (o, keçmiş Sovet İttifaqında tanınmış rəssam idi) böyük həvəslə kitab oxuyardılar. Qardaşlar kitabxanadan və dostlarından aldıqları kitabları oxuduqdan sonra onları bacılarına verərdilər. Zərifə də kitabları “acgözlüklə”, birnəfəsə oxuyardı. Həmin dövrdə uşaqların, gənclərin əyləncə vasitələri də çox deyildi.

Muzeydəki ən kiçik kitab

Muzeydəki ən kiçik kitab 0,75x0,75 millimetr ölçüsündəki “Dörd mövsüm çiçəkləri”dir. Kitab Yaponiyada “Toppan” nəşriyyatı tərəfindən nəşr olunub. 22 səhifəlik bu kitabı ancaq xüsusi mikroskopla oxumaq mümkündür.

“Mən kitabları çox sevirəm”. Bunu Zərifə xanım 2016-cı ildə verdiyi müsahibəsində deyib: “Hər kəs, xüsusilə uşaqlar belə olmalıdır”. O, uşaqların Miniatür Kitab Muzeyilə tanış olmalarını, kitab oxumağa daha çox həvəs göstərmələrini arzu edir. Zərifə xanım deyir: “Uşaqlarımızın və gənclərimizin mütaliəyə marağını inkişaf etdirmək üçün yollar axtarmalıyıq. Dərsliklər həyat üçün kifayət deyil. Onlarda sərbəst mütaliə ilə bilik əldə etməyə “aclıq” yaratmalıyıq”.

İdeyanın arxasında heyvanlarla bağlı təmsillər kitabı durur

Zərifə xanım muzey yaratmaq fikrinə bir gün Moskva kitabxanalarının birində araşdırma apararkən gəlib. Buna onun özü üçün kəşf etdiyi məşhur rus yazıçısı İvan Krılovun heyvanlarla bağlı təmsillərin ehtiva edən kitab səbəb olub. Krılovun kitabının orijinal nüsxəsi 1837-ci ildə nəşr edilib. Zərifə xanımın tapdığı nüsxə isə yeni idi və 1982-ci ildə çap edilmişdi. Z.Salahova deyir ki, Krılov onun çox xoşladığı yazıçıdır və o, yazıçının əsərlərini hər zaman sanki uşaqmış kimi sevir.

Nazim Hikmətin əsərləri və Atatürkün nitqi

Muzeyin türk dilində kitablar bölməsində məşhur “Dədə Qorqud hekayələri” kitabı nümayiş olunur. Kitab müəllifi olmayan 12 hekayədən ibarətdir. O, 16-cı əsrə aid türk törəsini və dəyərlərini təsvir edir.

Burada, həmçinin, Mustafa Kamal Atatürkün “Nitq”i var. Söhbət Atatürkün Cumhuriyyət Xalq Partiyası Baş Assambleyası qarşısında 5 gün ərzində söylədiyi nitqdən gedir. Çıxışda Türkiyənin 1919-cu ildə başlamış istiqlal hərəkatından 1923-cü ildə Cumhuriyyətin qurulmasınadək keçdiyi tarixə nəzər yetirilir. O, Türkiyədə Kamalizm tarixinin əsas qaynağı hesab olunur.

Bundan əlavə, muzeydə Alparslan Türkeşin “Doqquz işıq” kitabı, Ümit Yaşar Oğuzcanın şeir kitabları, Nazım Hikmətin şeir divanları və Yaşar Kamalın romanları var.

Dünyanın ən kiçik Quranı

2002-ci ildə açılmış və hazırda 7000-dən çox kitabın olduğu muzeydə dünyanın ən kiçik Quran nüsxəsi də var. 17-ci əsrdə yazılmış bu Quran əlyazması muzeyin ən mühüm eksponatlarından hesab olunur. Zərifə xanım fəxrlə deyir ki, bunu Azərbaycanda Bakı kəndlərindən birinin yaşlı xanım sakinindən hədiyyə kimi alıb. Qadının dediyinə görə, bu Quran bir əsrdir ki, onun ailəsində imiş.

Polşalı kitabşünas Mixail Şorts 1672-ci ildə Səudiyyə Ərəbistanında çap edilmiş orijinal Qurandan sadə alətin köməkliyilə çox kiçildilmiş mətnləri çıxararaq nəşr edib. Bu, 19-cu əsrin ikinci yarısında baş verib. Beləliklə, bu Quran orijinala uyğun nüsxədir. Bu nüsxənin ölçüsü 17x26 millimetr, yaşı isə 160 ildir.

Polşalı Şorts bu Quran üçün dəmirdən qab da düzəldib və onun üzərində kitabı oxumaq üçün zərrəbin yerləşdirib.

Muzeydə Rusiyanın böyük ədiblərinin romanları da var

Qeyd etdiyimiz kimi, muzeydə yalnız mikroskopla oxuna bilən həddən artıq kiçik ölçülü kitablar da nümayiş etdirilir. Onlar son dərəcə kiçik olsalar da, böyük tarixi əhəmiyyətə malikdirlər.

Böyük rus yazıçılarından Puşkin, Dostoyevski, Qoqol və başqalarının roman və şeir kitabları, məşhur “Beatles” qrupunun mahnılarının sözlərinin toplandığı minikitab, dünyanın müxtəlif ölkələrindən rus, ingilis, türk və ərəb dillərində kitablar müəllimlərilə birlikdə muzeyə gələn şagirdlərin marağını cəlb edir. Onlar muzey əməkdaşlarının təqdim etdikləri məlumatlara maraqla qulaq asır.

Bura dünyanın ən geniş miniatür kitab kolleksiyasına sahib muzey kimi, Ginnesin Rekordlar Kitabına dacil edilib.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Lıva


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az