19.08.2018 12:02
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qəbələ: Azərbaycanın dağların əhatəsindəki yaşıl cənnəti - FOTO
 
17.08.2018
Səma əl-İxbariyyə, Fələstin
 

  Bakıya uşaqlarla səyahət... Ailə üçün ən yaxşı turizm məkanları
 
17.08.2018
Əl-Anbat, İordaniya
 

  Tehran-Bakı əlaqələrində böyük dəyişikliklər var
 
14.08.2018
IRNA, İran
 

  Xəzər dənizilə bağlı tarixi anlaşma
 
14.08.2018
Le Monde, Fransa
 

  Azərbaycanın “neft iqtisadiyyatı”ndan xilas olmaq səyləri
 
12.08.2018
IRNA, İran
 

 
 
15 yaşınadək almanca bir kəlmə bilməyən Lana indi komissardır - FOTO

 
 



BZ-Berlin.de, Almaniya
29.01.2018


Müəllif: Mandy Zahn

O, Berlinə anası ilə Azərbaycandan gəlib və burada orta məktəbdə, daha sonra gimnaziyada oxuyub. “Çox istəsən, hər şeyin öhdəsindən gələ bilərsən”, - deyə Lana bildirir. Azərbaycanda doğulmuş 29 yaşlı Lana indi, berlinli polis komissarıdır.

Beləliklə, 15 yaşlı qarayanız qız Bakıdan Berlinə gəlir. “Mən almanca bir kəlmə də bilmirdim. Salam verməyi belə, bacarmırdım” deyən Lana bu gün o tamamilə aksentsiz danışır və yüksək rütbəli polis komissarıdır.

Xüsusi sinifdə göz yaşları

Lana öz keçmekeşli həyat yolunu “B.Z.”-yə danışıb. O, 2003-cü ildə orta məktəbin xüsusi sinfində oxumağa başlayıb. Burada ona lağ edirlərmiş: “Mən çox ağlayırdım. Amma bilirdim ki, atam bizim üçün çox çalışır”.

Anası Susana daha yaxşı müalicə almaq üçün uşaqları ilə Almaniyaya gəlib. Hazırda 55-da yaşı olan qadın diabet xəstəsidir. Lananın atası İlham isə daha 6 il Bakıda qalır. O, ailəsi üçün pul qazanırdı.

Gimnaziyada mübarizə

Lana orta məktəbdən gimnaziyaya qədər dəmir iradə ilə mübarizə aparır. Onun orta balı 2,7 idi. “Dostlara ayırmaq üçün vaxtım yox idi. Amma nə istədiyimi bilirdim: orta məktəbdən uzaq ol!”, - deyə qız xatırlayır.

Lana polis orqanlarına qəbul imtahanına hazırlaşırdı: “Polis olmaq istəyirdim. Çünki dünyada nələrisə dəyişməyi arzulayırdım”.

Beləliklə, o, Berlin Biznes və Hüquq Ali Məktəbində “Polis xidməti” ixtisası üzrə təhsil alır. Bakalavr dissertasiyası belə adlanırdı: “Miqrantlar Berlin polisində: Miqrasiya fonunda ərizəçilərin motivasiyası və üzləşdikləri çətinliklər”.

Bu gün Lana uğurlu inteqrasiyanın ən gözəl nümunəsidir! O, 2 ildir ki, Noykölndə post-patrul xidmətində çalışır. İndi, alman dili ilə yanaşı rusca, türkcə, ingiliscə və fransızca danışa bilir.

Bəs küçədə insanlar tərəfindən necə qarşılanır? Lana: “Təəssüf ki, polislərə adətən daha az hörmətlə yanaşırlar. Amma mənə qarşı xüsusi kobudluq edildiyini deyə bilmərəm. Mənimlə “flirt”ə cəhd göstərdiklərini də söyləməyim mümkün deyil. Bu, mənim görünüşümdən qaynaqlanır. Gülmsəyir və insanlara özüm haqda məlumat vermirəm. Çətinliklə üzləşsəm, öhdəsindən gələrəm”.

Bəs Lana niyə təkdir? “Azərbaycanda yaşıdlarımın əksəriyyəti ailə qurub və övladları var. Hələlik ailə qurmaq istəyib-istəmədiyimi dəqiq bilmirəm. Həyatımda hər şey axarınca gedir. Tam xoşbəxtəm”, - deyə o, bildirir.

(Alman dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: BZ-Berlin.de


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az