21.05.2018 18:56
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Aİ-Azərbaycan ticarət sazişi 2019-cu ildə hazır olacaq
 
21.05.2018
EurActiv, Aİ
 

  Azərbaycan səfiri: “Tacikistanla münasibətlərimiz qarşılıqlı dostluğa və etimada əsaslanır” - FOTO
 
18.05.2018
AVESTA, Tacikistan
 

  Yuri Lujkov xüsusi olaraq “Moskva-Baku” üçün: “Bir gecə Azərbaycanda sakinsiz adaya düşdüm”
 
18.05.2018
MOSKVA-BAKU.RU, Rusiya
 

  “Azərbaycan gələcəyin ulduzu kimi parlayır və parlamağa davam edəcək”
 
17.05.2018
AKŞAM, Türkiyə
 

  Azərbaycan: “Ermənistan Suriya xalqından Dağlıq Qarabağda vəziyyəti mürəkkəbləşdirmək üçün istifadə edir”
 
16.05.2018
Sputnik, Türkiyə
 

 
 
Azərbaycanın xarici likvid aktivləri xarici borcunu üstələyəcək

 
 



Le Caucase, Fransa
30.01.2018


“Azərbaycanda maliyyə sisteminin nisbətən zəif olmasına baxmayaraq, biz iqtisadi artımın sürətlənməsilə paralel olaraq, onun tədricən güclənəcəyini proqnozlaşdırırıq”, - deyə “Standard&Poor’s” (S&P) beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqilə bağlı məlumatında bildirilir.

Agentlik bank risklərinə nəzarət sahəsindəki son inkişafı da yüksək qiymətləndirir. S&P qeyd edir ki, ölkədə ixtisaslaşdırılmış bank tənzimləyicisi – Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb və bu qurum bank risklərinə nəzarət etmək üçün əlavə resurslar əldə edib. Büdcə vəziyyətinin inkişafı ilə Azərbaycanın xarici birjalardakı mövqeyi də möhkəm olaraq qalır. “Biz proqnozlaşdırırıq ki, yaxın gələcəkdə ölkənin xarici likvid aktivləri xarici borcunu üstələyəcək”, - deyə məlumatda bildirilir.

“Hazırda ölkəyə xaricdən pul axınının tədricən artacağını proqnozlaşdırırıq. Bu da dayanıqlılığın azalmasının qarşısını ala bilər. Bununla belə, Azərbaycanın ticarət şərtləri mümkün dəyişikliklərlə münasibətdə həssas olaraq qalacaq. Biz, həmçinin Azərbaycanın tədiyyə balansı və xarici investisiya mövqeyi ilə bağlı mövcud məlumatların məhdud olduğunu düşünürük. Bu isə xarici risklərin düzgün qiymətləndirilməməsinə yol açır”, - deyə ölkənin suveren kredit reytinqilə bağlı məlumatın müəllifləri vurğulayır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Caucase


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az