21.05.2018 18:56
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Aİ-Azərbaycan ticarət sazişi 2019-cu ildə hazır olacaq
 
21.05.2018
EurActiv, Aİ
 

  Azərbaycan səfiri: “Tacikistanla münasibətlərimiz qarşılıqlı dostluğa və etimada əsaslanır” - FOTO
 
18.05.2018
AVESTA, Tacikistan
 

  Yuri Lujkov xüsusi olaraq “Moskva-Baku” üçün: “Bir gecə Azərbaycanda sakinsiz adaya düşdüm”
 
18.05.2018
MOSKVA-BAKU.RU, Rusiya
 

  “Azərbaycan gələcəyin ulduzu kimi parlayır və parlamağa davam edəcək”
 
17.05.2018
AKŞAM, Türkiyə
 

  Azərbaycan: “Ermənistan Suriya xalqından Dağlıq Qarabağda vəziyyəti mürəkkəbləşdirmək üçün istifadə edir”
 
16.05.2018
Sputnik, Türkiyə
 

 
 
Holokostu xatırlayarkən: Azərbaycan haqqında düşüncələr

 
 



JEWISH JOURNAL, ABŞ
31.01.2018


Müəllif: Milix Yevdayev

Yanvarın 27-i Holkost qurbanlarının Beynəlxalq anım günü idi. Həmin gün dünyanın əksər ölkəsində Holokost rəsmən anıldı. 27 yanvar tarixin ən dəhşətli dönəmlərindən birinə həsr olunub. Həmin gün insanlar “bir daha heç vaxt” vədini verir. Yanvarın 27-də dünya ictimaiyyəti insanlığın nələr etməli olduğundan danışır, qəhrəmanlar və sağ qalanlar o dövrdə hər şeyin nə qədər risk altında olduğunu xatırlayır.

Holokost qurbanlarının Beynəlxalq anım günündə çox sayda məqalə, hekayə yazılıb, videolar hazırlanıb. Mən bunu yüksək qiymətləndirirəm. Birmənalı olaraq deyə bilərəm ki, bəzi xüsusi hadisələr həmin dövrdə baş vermiş faciəni bütövlükdə işıqlandırır. Biz bunları yadda saxlamalıyıq. Holokost və İkinci Dünya müharibəsi insanlığın üzləşdiyi ən böyük faciələr olub. Həmin dövrdə baş vermiş hadisələr dünyanın, ayrı-ayrı insanların və xalqların böyük hekayələrindən ibarətdir. Bir çox insan bu dəhşətli fəlakətlərdən əziyyət çəkib, lakin öz rolunu ləyaqətlə oynayıb. Onlar müxtəlif güzəştlərə gedib, faşizm və qəddarlıq qarşısında əyilmək istəməyib. Holokost faciəsi 80-dən çox ölkənin mübarizə instinktini meydana çıxarıb.

O vaxt mən çox gənc idim. Bir yəhudi kimi, Azərbaycanda doğulduğum üçün xoşbəxtəm. Ümumiyyətlə, həmin dövrdə bu ölkədə yaşamış bütün insanlar kimi, mən də özümü xoşbəxt hiss edirəm. Azərbaycan yəhudiləri müdafiə edən ölkə olub. Nasistlər çox istəsə belə, bu ölkəni işğal edə bilməyib. Müsəlman ölkəsi olan Azərbaycanda yəhudilər üçün qədim zamanlardan bəri təhlükəsiz şərait yaradılıb. Yəhudilər bu ölkədə sülh şəraitində və azad yaşayıblar. Azərbaycan isə nasistlərə qarşı döyüşüb və onlardan qaça bilən hər bir yəhudi üçün təhlükəsiz sığınacaq olub. Hazırda burada yəhudilər bir həftədir Holokost qurbanlarının anım mərasimi keçirir.

Bütün bunlar məni Azərbaycan haqda, müharibədən əziyyət çəkmiş, milyonlarla ayrı-ayrı insanların öyrəndiyim hekayələri haqda düşünməyə vadar edib. İkinci Dünya müharibəsində iştirak etmiş hər 6 azərbaycanlıdan 1-i, yəni təxminən 400 min nəfər döyüş zamanı həlak olub. Hitler Azərbaycanın paytaxtı olan Bakı şəhərini böyük səylə işğal etməyə, onun təbii sərvətlərini ələ keçirməyə çalışırdı. Hitler ordusunun neft və qazla zəngin, tolerant və xüsusilə müharibə dövründə yəhudilər üçün sığınacağa çevrilmiş Azərbaycanı ələ keçirməməsi İkinci Dünya müharibəsinin nəticəsi üçün böyük əhəmiyyətə malik idi. Nasistlər Stanlinqradı işğal etdikdən və viran qoyduqdan sonra Azərbaycana doğru hərəkət edəcəkdi.

Holokostla bağlı xüsusi hekayələrdən biri bir gənclə bağlıdır. Bu hekayə mənə böyük təsir göstərib. Söhbət Şimali Kaliforniyada yaşayan Anar Usubovdan gedir. A.Usubov azərbaycanlıdır. O, Ermənistanın 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi qətliamdan sağ çıxa bilib. Həmin vaxt Anar uşaq idi. Xocalı qətliamı zamanı Anarın ailəsinin 25 üzvü daxil olmaqla, günahsız kişilər, qadınlar və uşaqlar öldürülüb. Anar isə xoşbəxtlikdən sağ qalıb. Anar deyir ki, babasının bu qətliama qədər dünyasını dəyişdiyi, Xocalıda onların başına nələrin gətirildiyini görmədiyi üçün xoşbəxtdir. Anarın babası müharibədən sağ çıxa bilmiş Holokost qəhrəmanı olub...

Usubovlar azərbaycanlı müsəlman ailəsidir. Onların dini kimliyi Anarın babası olan Şahhüseynin qəhrəmanlıq hekayəsində böyük rol oynayıb. Şahhüseyn bir çox yəhudini ölümdən xilas edib.

Azərbaycanlılar nasitlərə qarşı müharibədə Sovet ordusunda xidmət edib. Şahhüseyn Sovet əsgəri kimi əsir götürülüb və Osvensim həbs düşərgəsində saxlanılıb. Hərbi düşərgəyə gəldiyi və hərbi əsirlərin bölüşdürüldüyü gün Şahhüseyn başa düşüb ki, nasistlər yəhudilərlə müsəlmanları bir-birindən ayırır – onlar hərbi əsirlərdən Qurandan ayə oxumağı tələb edirlərmiş. Nəticədə o, Osvensimdə bir çox yəhudiyə Qurandan ayələr öyrədib. Lakin bir müddətdən sonra nasitlər bunu başa düşüb və Şahhüseyni döyərək ölümcül vəziyyətə salıb. Amma Şahhüseyndən Quran ayələri öyrənmiş bir çox yəhudi sağ qalıb. Onlar məhz bu insanın cəsarəti sayəsində sağ qala bilib.

Azərbaycan Şahhüseynin hekayəsilə qürur duyur. Bu ölkə minilliklər ərzində yəhudiləri qoruyub. Azərbaycanlılar istər xarici ölkələrdə, istər doğma vətənlərində işğala, qaddarlığa qarşı mübarizə aparıb, azadlıq uğrunda həyatlarını qurban veriblər. Azərbaycan tarix boyu tolerantlığın olduğu nadir ölkələrdən biridir. Bu ölkə tolerantlıq məsələsində heç vaxt güzəştə getməyib.

Mən Azərbaycan yəhudisi kimi, həmin illərdə xalqımın etdiklərinə görə qürur duyuram. Biz Holokostu xatırlayırıq. Lakin müharibənin başqa bir tərəfi insana təsəlli verir. Bu dövlət və xalq nasistlərin vəhşiliyinə qarşı mübarizə aparmaq, bütün insanların müqəddəs olan günahsız həyatını qorumaq üçün əlindən gələni edib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az