21.02.2018 11:23
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanda prezident seçkisi - 2018
 
20.02.2018
National Courier, Pakistan
 

  Arxiyepiskop Gallager Azərbaycanda ilk katolik yepiskopunu təqdis edib
 
19.02.2018
Cath.ch, İsveçrə
 

  Zaman Ermənistanın əleyhinə işləyir
 
19.02.2018
ANAJ, İran
 

  Azərbaycanın Transxəzər qapısı vasitəsilə Çindən Avropaya
 
16.02.2018
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan hara addımlayır?
 
16.02.2018
Trud, Rusiya
 

 
 
Cənubi Qafqazın ən nüfuzlu qadını - FOTO

 
 



LIVEJOURNAL, Rusiya
01.02.2018


Müəllif: bloger Dmitri Azurov (Kot-de-azur)

Bu yaxınlarda – 2017-ci il dekabrın 26-da Xilaskar İsa Məbədində Moskvanın və bütün Rusiyanın müqəddəs patriarxı Kirill Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edib. Kilsə onu bu mükafata “rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasına qayğısına görə” layiq görüb. Bu yerdə sual yaranır: Mehriban Əliyeva bu ali ordeni daşımaq şərəfinə layiq görülmək üçün nələr edib?

Sən demə, çox iş görübmüş. İnternetdə onun haqqında məlumat həddindən artıq çoxdur. Gəlin onun kim olduğuna, nə ilə məşhurlaşdığına aydınlıq gətirək.

Onu Cənubi Qafqazın ən nüfuzlu qadını adlandırır, müasir dəbin inkonalarından biri sayırlar. Son bir ildə isə o, Azərbaycanın birinci vitse-prezidenti postunu tutur. İnsanlar bu gözəl xanımın müdrikliyi və gözəlliyinə heyran qalıb.

Mehriban Əliyeva 1964-cü il avqustun 26-da Bakıda ziyalı ailəsində dünyaya gəlib. O zaman heç kimin ağlına da gəlməzdi ki, gələcəkdə Mehriban ən nüfuzlu qadın siyasətçilərdən biri olacaq. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetini qırmızı diplomla bitirib. Elə təhsil aldığı illərdə Azərbaycanın indiki prezidenti, o zaman Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi olan İlham Əliyevlə ailə həyatı qurub.

Zahirən çox kövrək xanım təsiri bağışlayan Mehriban xanım bütün ömrünü ictimai fəaliyyətə və insanlara köməyə həsr edib. Dörd ildən artıq Moskva Dövlət Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda çalışmış Mehriban Əliyeva sonradan, 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin Dostları” xeyriyyə fondunun əsasını qoyub və ona rəhbərlik edib, “İrs Azərbaycan” mədəni-tarixi jurnalını təsis edib və onun baş redaktoru oub.

Mehriban Əliyevanın öz ölkəsində və bütövlükdə dünyadakı statusu böyük qiymətə layiqdir. Azərbaycan prezidentinin xanımı, indi isə ölkənin birinci vitse-prezidenti olan bu xanım, həm də Heydər Əliyev Fondu kimi vacib bir struktura rəhbərlik edir. O, Heydər Əliyev Fondunun prezidenti postunu hələ 2004-cü ildə, Fond yenicə yarananda tutub. Mehriban Əliyevanın siyasi karyerası və ictimai fəaliyyəti dövründə onun dəstəyilə yüzlərlə məktəb və xəstəxana tikilib. O, həmişə ehtiyyacı olanlara yardım əlini uzadır.

“Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır – istər ictimai xadim ol, istərsə də dövlət qulluğunda işləyən adam. İnsanlıq hissini qoruyub saxlamaq lazımdır”, - deyə xanım Əliyeva bildirib.

Son 6 ildə Mehriban Əliyeva Bakıda keçirilmiş “Eurovision-2012”, 2015-ci ildə təşkil olunmuş birinci Avropa Oyunları, 2017-ci ilin may ayında keçirilmiş İslam Həmrəyliyi Oyunları kimi iri layihələrə rəhbərlik edib.

O, Şərqdə siyasətin kişi işi olduğu haqda stereotipi uğurla təkzib edir. Öz karyerası boyu Mehriban Əliyeva dəfələrlə müxtəlif fəxri mükafatlara layiq görülüb. Bu sırada, məsələn, Fransanın “Fəxri Legion Ordeni”, UNESCO-nun “Qızıl Mosart medalı”nı göstərmək olar.

2005-ci ildə ictimai və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyət sahələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə verdiyi tövhələrə görə o, Rusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Rubin xaç” ordeninə də layiq görülüb. Birinci ledi Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurlu inkişafının nə qədər vacib olduğunu dəfələrlə vurğulayıb. Məhz bu səbəbdən o, Azərbaycanda rus dilinin, rusdili orta və ali məktəblərin inkişafına belə, diqqət göstərir. “Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəm tarixi təməl üzərində qurulub və dostluq, qarşılıqlı anlaşma və sıx əməkdaşlıq xarakteri daşıyır”, - deyə Azərbaycanın birinci vitse-prezidenti bildirir.

Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti postuna təyin olunması onun respublikanın hakim dairələrindəki yüksək statusunun rəsmi təsdiqi olub. Necə deyərlər, indi, birinci ledi ölkənin ikinci şəxsidir. Azərbaycan və rus xalqları bu xəbəri çox isti və müsbət qarşılayıb. Axı birinci ledinin həm öz ölkəsində, həm də Rusiyada hansı hörmət sahibi olduğu hamıya məlumdur. İnsanlar onu öz xalqının maraqları üçün etdiklərinə görə sevir. Böyük iş təcrübəsinə malik Mehriban Əliyeva bu postu tutan kimi, dərhal fəal və qətiyyətli addımlara başlayıb, bununla da ölkə prezidentinin doğru qərar qəbul etdiyini bird aha sübut edib.

Mehriban Əliyeva təkcə siyasi və ictimai fəaliyyətdə uğur qazanmayıb. O, həm də qayğıkeş həyat yoldaşı və xoşbəxt 3 övlad anasıdır. Əliyevlər ailəsi bir nümunədir. Ərlə arvad bütün təntənəli tədbirlərdə bir yerdədirlər. Həttə nikahdan 30 il sonra belə, onlar bir-birinə olan hörmət və məhəbbəti itirməyib və bu, adamı heyran etməyə bilməz. Mehriban xanım öz ailəsini çox sevir və hər zaman ailəsinin yanında olmağa çalışır. Çünki hesab edir ki, birinci yerdə məhz ailə dəyərləri durmalıdır.

Bütün bunlarla yanaşı, ötən illər ərzində Mehriban Əliyeva əsl dəb ikonasına çevrilib. Birinci ledinin fotoşəkilləri dünyanın dəb nəşrlərinin səhifələrində çıxır, stilist və dizaynerlər isə yorulmadan onun qüsursuz zövqündən, gözəlliyindən danışır. Axı onun cazibədarlığı doğrudan da zamana tabe olmur.

Mehriban xanımı çox tez-tez qızları ilə səhv salırlar. Məsələn, Əliyevlərin ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni ilə Ağ Evdə ailəvi görüşü zamanı olduğu kimi. Tədbirdə təhlükəsizliyə cavabdeh olan ABŞ xüsusi xidmətinin agentləri Əliyevlər ailəsini ilk dəfə görəndə xanımlardan hansının ana, hansının qız oduğunu dərhal anlaya bilməmişdilər. Görünür, dünya ictimaiyyətinin Mehriban Əliyevanı ən gözəl birinci ledi kimi tanıması əbəs deyil.

Bütün bunlar və bir çox başqa amillər onu məhz barəsində bütün dünyanın danışdığı və danışmaq istədiyi siyasətçiyə çevirib. Şübhəsiz ki, hazırda Mehriban Əliyeva öz karyerasının zirvəsindədir. Lakin onun xasiyyəti, əminliyi və inanılmaz dözümlülüyü sayəsində ürəklə demək olar ki, kamilliyin sonu yoxdur. Mehriban Əliyevanın Azərbaycan, Rusiya və digər ölkələrdəki görünməmiş populyarlığı bir fenomendir. Onun Rus Pravoslav kilsəsi üçün etdiyi xeyirxah işlər isə ordenlə mükafatlandırılıb.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: LIVEJOURNAL


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az