20.07.2018 18:08
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Futzal üzrə Avropa Çempionatı: Azərbaycana məğlub olan Fransanın taleyi artıq öz əlində deyil

 
 



L’Equipe, Fransa
05.02.2018


Sloveniyada keçirilən futzal üzrə Avropa Çempionatında “Mavilər” cümə günü Azərbaycana müqavimət göstərsə də, məğlub olub (3 :5). Bununla da, millinin ¼ final mərhələsinə vəsiqə qazanması İspaniya ilə Azərbaycan arasında oynanacaq “final”ın nəticəsindən asılıdır.

İlk matçında İspaniya qarşısında uğur qazanmağa yaxın olan (4:4) futzal üzrə Fransa millisi cümə günü axşam Sloveniyanın paytaxtı Lyublyanadakı “Stojice Arena”da Azərbaycanla keçirdiyi qarşılaşmada büdrəyib. Bu nəticə Pyer Jakinin yetirmələrinin ¼ finala çıxmaq şansını çətinə salıb. Qrupun sonuncu qarşılaşası öncəsi Fransa millisinin taleyi öz əlində deyil.

Futzal üzrə Avropa Çempionatının final mərhələsində ilk dəfə iştirak edən “Mavilər” bazar günü keçiriləcək qarşılaşmada İspaniyanın Azərbaycana məğlub olacağına ümid edir. O zaman Fransa “D” qrupunda ikinci pilləni tutacaq və bununla da ¼ finalda Portuqaliya, Rumıniya və Ukraynanın yer aldığı “C” qrupunun birincisi ilə qarşılaşacaq. Bəs ümumilikdə 10 Avropa çempionatından 7-nin qalibi olmuş İspaniya tərəfdarlarını təəccübləndirəcəkmi?

Fransa yalnız iki dəqiqə öndə oldu

Qarşılaşmanın 3-cü dəqiqəsində Bonilyanın uzaq məsafədən vurduğu qolla Azərbaycan millsi üstünlük qazanıb. “Qarj” klubunun oyunçusu Landri N’Qalanın möhtəşəm zərbəsi ilə “Mavilər” hesabı bərabərləşdirib. Bir qədər sonra – matçın 21-ci dəqiqəsində Abdessəməd Məhəmməd azərbaycanlı qapıçının səhvindən istifadə edərək komandasını hesabda irəli də çıxarıb. Lakin cəmi 2 dəqiqə sonra Bonilya gözəl qurulmuş və fransızların qarşısını ala bilmədiyi kombinasiyanın yekununda hesabı bərabərləşdirib.

Azərbaycan millisinin ən yaxşı oyunçusu tezliklə yaxın məsafədən het-trik edib (24-cü dəqiqə). Qarşılaşmanın 29-cü dəqiqəsində künc zərbəsindən sonra topu saxlamadan fransalı qapıçı Camel Harunun ayaqları arasından qapıdan keçirən Kardoso azərbaycanlılara iki top fərqli üstünlük qazandırıb. Bundan sonra komandalar hərəyə bir dəfə fərqlənib.

Beləliklə, Fransanın növbəti mərhələyə keçməsi üçün Azərbaycan İspaniya üzərində ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: L’Equipe


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az