18.11.2018 17:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycanda növbədənkənar prezident seçkisi təyin edilib

 
 



Parlamentskaya qazeta, Rusiya
06.02.2018


Azərbaycan prezidenti İlham Əliyev 2018-ci il aprelin 11-də növbədənkənar prezident seçkisinin keçirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə bazar ertəsi yerli Trend agentliyi xəbər yayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına tapşırılıb ki, prezident seçkisinin Seçki Məcəlləsinin tələblərinə əsasən keçirilməsini təmin etsin.

Qeyd edək ki, Azərbaycanda növbəti prezident seçkisi oktyabrın 17-də keçirilməli idi. Bir neçə gün əvvəl yerli KİV qarşıdan gələn seçkidə hakim Yeni Azərbaycan Partiyasının hazırki prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyinə dair xəbər yaymışdı.

Sabiq dövlət başçısı Heydər Əliyevin oğlu və davamçısı olan İlham Əliyev ilk dəfə 2003-cü ildə prezident seçilib. 2008 və 2013-cü illərdə o, təkrarən prezident seçkisinin qalibi olub.

Ölkə Konstitusiyasına 2016-cı ilin sentyabrında edilmiş dəyişikliklərə görə, bu il ilk dəfə olaraq Azərbaycan prezidenti 7 il müddətinə seçiləcək.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Parlamentskaya qazeta


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az