16.02.2019 04:23
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana səfər
 
14.02.2019
THE NEWS, Pakistan
 

  İran-Azərbaycan: yaxın qonşular və regional müttəfiqlər
 
13.02.2019
IRNA, İran
 

  “Azərbaycan ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb”
 
12.02.2019
Aysor.am, Ermənistan
 

  Azərbaycanın Cibutidəki səfiri Elman Abdullayev ilə - MÜSAHİBƏ
 
12.02.2019
La Nation, Cibuti
 

  Paşinyanla Əliyev Moskvanın məqsədini anlamağa çalışırlar
 
11.02.2019
1in.am, Ermənistan
 

 
 
Əliyevin köməkçisi Azərbaycanda prezident seçkisi vaxtının dəyişdirilməsini əsaslandırdı

 
 



ROSBALT, Rusiya
06.02.2018


Azərbaycanda prezident seçkisinin 2018-ci ilin oktyabrından aprelinə çəkilməsi səsvermə gününün beynəlxalq tədbirlərlə üst-üstə düşməsilə bağladır. RİA “Novostinin məlumatına görə, bunu ölkə başçısı İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq seçkinin oktyabrın 17-də keçirilməsi nəzərdə tutulurdu. Ancaq bu ilin mayından başlayaraq, ölkəmizdə çox sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində sislsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçki ilə üst-üstə düşür”, - deyə o, bildirib.

Həsənov qeyd edib ki, növbədənkənar seçkinin elan edilməsi ölkə Konstitusiyasına və digər qanunlara tam uyğundur: “Bilirsiniz ki, Konstitusiyaya dəyişiklik edilib və dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə uzadılıb. Buna görə, Azərbaycan Respublikası prezidentinin seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkisini elan etmək hüququ verilib”.

Qeyd edək ki, bazar ertəsi yayılan xəbərə görə, İlham Əliyev ölkədə prezident seçkisinin 2018-ci il oktyabrın 17-dən aprelin 11-nə çəkilməsi barədə sərəncam imzalayıb.

İlham Əliyev Azərbaycan prezidenti postunda 2003-cü ilin payızından çalışır. Sonradan o, 2008 və 2013-cü illərdə təkrarən bu vəzifəyə seçilib. Bu il də hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi hazırkı dövlət başçısı olacaq.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ROSBALT


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az