21.01.2019 06:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Pakistan səfiri: “İslamabad Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanındadır”

 
 



IRNA, İran
07.02.2018


Pakistanın Bakıdakı səfiri Səid Xan Mohmand rəsmi İslamabadın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədiyini vurğulayıb: “Dağlıq Qarabağ problemi bizim üçün Kəşmir münaqişəsi kimidir”.

IRNA agentliyinin məlumatına görə, Bakıda Kəşmir münaqişəsilə bağlı keçirilən tədbirdə çıxış edən səfir deyib: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkir. İslamabad bu məsələdə Bakıya dəstəyini davam etdirəcək”.

“Kəşmir də BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq işğal olunub. İslamabad beynəlxalq birliyi zorakılığa qarşı çıxmağa, Kəşmirin işğalına son qoyulması üçün qarşı tərəfə təzyiq göstərməyə çağırır”, - deyə Səid Xan Mohmand bildirib. Diplomat hesab edir ki, bu münaqişə həll olunmadan bölgədə sülh və sabitliyin bərqərar olması qeyri-mümkündür: “Kəşmir münaqişəsi zamanı 100 mindən artıq insan həyatını itirib, 10 min nəfər itkin düşüb”.

O Azərbaycanla Pakistan arasında hərbi sahədə mövcud əməkdaşlığa toxunaraq deyib: “Ötən il Azərbaycana 10 ədəd təlim təyyarəsinin satışı ilə bağlı müqavilə imzaladıq. Bu ilin yanvarında isə iki ölkə arasında hərbi əməkdaşlığa dair sayca səkkizinci iclas keçirilib. Fevralın 27-28-də Bakıda iki ölkə arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçiriləcək”.

Səfirin sözlərinə görə, Pakistan və Azərbaycanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən bu məsləhətləşmələrdə iki ölkə əlaqələrinin müxtəlif aspektləri, o cümlədən siyasi, iqtisadi, ticarət və hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunur.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az