19.08.2018 12:02
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qəbələ: Azərbaycanın dağların əhatəsindəki yaşıl cənnəti - FOTO
 
17.08.2018
Səma əl-İxbariyyə, Fələstin
 

  Bakıya uşaqlarla səyahət... Ailə üçün ən yaxşı turizm məkanları
 
17.08.2018
Əl-Anbat, İordaniya
 

  Tehran-Bakı əlaqələrində böyük dəyişikliklər var
 
14.08.2018
IRNA, İran
 

  Xəzər dənizilə bağlı tarixi anlaşma
 
14.08.2018
Le Monde, Fransa
 

  Azərbaycanın “neft iqtisadiyyatı”ndan xilas olmaq səyləri
 
12.08.2018
IRNA, İran
 

 
 
Pekində “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu” mövzusunda konfrans keçirilib

 
 



Xinhua, Çin
08.02.2018


Müəllif: Huanq Heshi

Çinin Pekin şəhərində “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu” adlı beynəlxalq konfrans keçirilib. Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Vanq Şou konfransda çıxış edib. “Sinxua” xəbər verir ki, tədbir Azərbaycan hökumətinin təşəbbüsü ilə, Azərbaycan, Gürcüstan, Qazaxstan və Türkiyənin Çindəki səfirliklərilə birgə, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində təşkil olunub.

Tədbirdə Çin Xalq Respublikasının kommersiya nazirinin müavini Vanq Şou, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev başda olmaqla, digər ölkələrin də hökumət nümayəndələri, şirkət təmsilçiləri iştirak ediblər.

Vanq Şou “Bir kəmər bir yol” təşəbbüsü ilə “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi“nin eyni məqsədlər güddüyünü bildirib. Məqsəd isə “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” boyunca yerləşən ölkələrlə birgə “Bir kəmər, bir yol” konsepsiyasının parlaq gələcəyini təmin etməkdir.

Vanq Şounun sözlərinə görə, “Bir kəmər, bir yol” konsepsiyasının irəli sürülməsindən sonrakı 5 ildə digər ölkələrlə birgə ticarətin inkişafı, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində bir çox işlər görülüb, ətraf mühitin yaxşılaşdırılması üçün səylər göstərilib, ticarət sahəsində əməkdaşlıq durmadan inkişaf etdirilib və etdirilir. Ürəkaçan nailiyyətlər əldə etmişik. Çin bundan sonra da ticari sahədə əməkdaşlığın dərinləşməsində mühüm rol oynayacaq. Biz “Bir kəmər, bir yol”un ticarət yoluna çevrilməsi, bu yolun üzərində yerləşən ölkələrlə əməkdaşlığın dərinləşməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə o, bildirib.

Şahin Mustafayev isə “Bir kəmər, bir yol” təşəbbüsünün “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”nin inkişafınında önəmli rol oynayacağını söyləyib. O, Azərbaycan “Bir kəmər, bir yol” konsepsiyası çərçivəsində Avropa ilə Asiyanı birləşdirən nöqtə olduğunu deyib, Bakının “Bir kəmər, bir yol” layihəsini dəstəklədiyini bildirib. Nazirin sözlərinə görə, ölkəsi “Trans-Xəzər Ticarət və Tranzit Dəhlizi” və “Bir kəmər, bir yol” təşəbbüsünün birgə inkişafı üçün çalışır.

Ş.Mustafayev deyib: “Trans-Xəzər Ticarət və Tranzit Dəhlizi”nin bir hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin oktyabrında istifadəyə verilib. Azərbaycan, Gürcüstan və Türkiyənin dəmir yollarını birləşdirən bu xətt Avropa ilə Asiya arasında ən qısa xətt hesab olunur. Bakı-Tbilisi-Qars Çindən, cənub, şərq ölkələrindən Aralıq dənizi ölkələrinə, Avropaya yeni yoldur”.

Vanq Şou da Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsinin qədim İpək Yolunun Qafqaz regionun inkişafına təkan verməsinə imkan yaratdığı qənaətindədir.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Qazaxstan və Türkiyə hökumətlərinin birgə səyilə, cari ilin 19 yanvarında Çinin Urumçi şəhərindən Avropaya ilk qatar yola salınıb. Bu, “Bir kəmər, bir yol” üzərindəki ölkələrin bu təşəbbüsün inkişafına göstərsiyi səylərin bariz nümunəsidir.

Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə böyük investisiya yatırıb. Aldığımız məlumata görə, bu xəttin cəlbediciliyini artırmaq üçün sənədləşdirmə prosesi sadələşdirilib, qiymətlər endirilib, yüklərin gömrükdən keçməsi, yola salınması prosesi yüksək səviyyədə təşkil edilir.

(Çin dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Xinhua


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az