21.02.2018 11:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycanda prezident seçkisi - 2018
 
20.02.2018
National Courier, Pakistan
 

  Arxiyepiskop Gallager Azərbaycanda ilk katolik yepiskopunu təqdis edib
 
19.02.2018
Cath.ch, İsveçrə
 

  Zaman Ermənistanın əleyhinə işləyir
 
19.02.2018
ANAJ, İran
 

  Azərbaycanın Transxəzər qapısı vasitəsilə Çindən Avropaya
 
16.02.2018
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan hara addımlayır?
 
16.02.2018
Trud, Rusiya
 

 
 
Avropa İttifaqı ölkələrilə əməkdaşlıq Azərbaycan üçün çox önəmlidir

 
 



Le Caucase, Fransa
09.02.2018


“Avropa ölkələrilə yaxın münasibətlərimiz var. Ötən il Avropa İttifaqı ilə yeni saziş üzərində danışıqlara başlamışıq”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının fevralın 8-də keçirilmiş 6-cı qurultayında çıxış edən ölkə başçısı İlham Əliyev deyib. O, Avropa İttifaqına üzv ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu söyləyib. “Avropa ölkələrilə əməkdaşlıq Azərbaycan üçün çox vacibdir”, - deyə İ.Əliyev qeyd edib.

Prezident ölkəsinin müasik yolunda olduğunu da söyləyib. O, bildirib ki, Azərbaycan inkişaf etməli, ən qabaqcıl standartlar milli dəyərlərə uyğun şərtlərlə tətbiq olunmalıdır.

“Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır. O siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır”, - deyə İlham Əliyev bildirib.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Caucase


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir.  

Tərcümə olunan məqalələrin məzmununa görə redaksiya məsuliyyət daşımır.  

© 2016-2018, WorldMedia.az