26.04.2018 02:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan: “Odlar yurdu”nda nələri görə və nə ilə məşğul ola bilərsiniz? - FOTOREPORTAJ
 
24.04.2018
CNN, ABŞ
 

  İlham Əliyev – İslam dünyasının fenomeni
 
23.04.2018
Moderndiplomacy, Aİ
 

  Formula 1: Rikkiardo ötən il Bakıda qazandığı qələbəni xatırlayır
 
23.04.2018
Nextgen-Auto, Fransa
 

  “Övladlarımın yəhudilər arasında yaşamasını istəyirdim”
 
20.04.2018
YnetNews.com, İsrail
 

  Azərbaycanlılara qarşı soyqırımın 100-cü ildönümü
 
20.04.2018
DAILY SABAH, Türkiyə
 

 
 
Avropadan gələn ilk yük qatarı Astaraya daxil olub - FOTOREPORTAJ

 
 



MASHREGHNEWS, İran
09.02.2018


Rusiyanın Sankt-Peterburq şəhərindən hərəkətə başlamış yük qatarı Azərbaycandan keçərək İran İslam Respublikasının ərazisində yerləşən Astara dəmir yolu terminalına daxil olub.

Rusiyanın Sankt-Peterburq şəhərindən hərəkətə başlamış ilk yük qatarı Azərbaycandan keçərək fevralın 8-də İran İslam Respublikasının ərazisində yerləşən Astara dəmir yolu terminalına daxil olub. Beləliklə, Astara eyni vaxtda dəmir yolu, dəniz və quru nəqliyyatı infrastrukturuna malik ilk şəhərə çevrilib.

Tədbirdə Azərbaycandan bir sıra rəsmilər, İran Dəmir Yolu İdarəsinin nümayəndələri, o cümlədən idarənin ölkənin şimal-qərb regionu üzrə baş direktoru iştirak edib.

Bir neçə xüsusi şirkətə məxsus MDF və taxtadan ibarət ilk yük partiyasını daşıyan 6 vaqonlu qatar Astara limanına İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında yeni inşa edilmiş dəmir yolu xəttilə daxil olub. Bu, İranda “Dəhe-e Fəcr” (İslam İnqilabının qələbəsi) bayramına təsadüf edib.

Astara-Astara dəmir yolu layihəsi Astara rayonu və Gilan vilayətinin mənzərəsini dəyişməklə yanaşı, həm də ölkəyə və maraqlı dövlətlərə divident qazandırmaq potensialına malikdir. Bu, dünyanın iqtisadi gücləri üçün də tam aydındır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: MASHREGHNEWS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az