20.10.2018 20:11
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Müstəqilliyin bərpasından ötən 27 il və nailiyyətlər
 
19.10.2018
Əl-Riyad, Səudiyyə Ərəbistanı
 

  Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?
 
19.10.2018
THE DAILY CALLER, ABŞ
 

  Azərbaycanla Pakistan arasında ticarət və biznes potensialı
 
19.10.2018
Daily Times, Pakistan
 

  Azərbaycan Müstəqillik gününü qeyd edir
 
18.10.2018
Actualite-news.com, Fransa
 

  Azərbaycanın Müstəqillik günü
 
18.10.2018
AVIAMOST.ae, BƏƏ
 

 
 
Azərbaycan Astara-Moskva sərnişin qatarının istismara verilməsinə hazırdır

 
 



IRNA, İran
13.02.2018


Müəllif: Mərziyə Fatehi

Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Cavid Qurbanov ölkəsinin Astara-Moskva və əks istiqamətdə sərnişin qatarının fəaliyyətə başlamasına hazırdır olduğunu bildirib.

Cavid Qurbanov jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan Astara-Moskva və əks istiqamətdə sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı təkliflərini İran və Rusiyaya təqdim edib. İran tərəfi buna hazır olduğunu bildirib”.

Qurbanovun sözlərinə görə, Azərbaycan bu marşrut üzrə sərnişinlərin daşınması üçün Rusiya qatarlarından istifadə etməkdə maraqlıdır. “Layihə reallaşdıqda, Astara-Bakı marşrutu üzrə yüksək sürətli elektrik qatarlarından istifadə etmək mümkün olacaq ki, bu da həmin məsafəni 4-5 saata qət etməyə imkan verəcək”, - deyə C.Qurbanov qeyd edib.

O, “Şimal-Cənub” nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tamamlanması çərçivəsində dəmir yolu xəttinin Lənkəran rayon hissəsinin yenidən qurulacağını da vurğulayıb. Bununla yanaşə, Azərbaycan İran ərazisində 164 kilometr uzunluğunda dəmir yolu xətti layisəhinin inşasında iştirak etməkdə də maraqlıdır. “Bununla əlaqədar Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İrana səfər edəcək”, - deyə o, bildirib.

C.Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti haqda da danışıb: “Bu ilin aprelindən etibarən yüklərin bir qismi Avstriyadan Qazaxıstana sözügedən dəmir yolu vasitəsilə daşınacaq­­­­­”. Bu günədək həmin dəmir yolu ilə 500-dən çox konteynerin daşındığını deyən Qurbanov fikrini belə davam etdirib: “Çin və Mərkəzi Asiya ölkələri də bu dəmir yolu xəttinə maraq göstərir”.

Ölkəsinin daxili dəmir yolu infrastrukturunun qurulması ilə bağlı planlarından da danışan C.Qurbanov deyib: “Bu işlər çərçivəsində “Stadler” şirkətinə 4 qatar da sifariş etmişik. 2 qatarı bu il, daha 2 qatarı növbəti il təhvil alacağıq”.

Qurbanov bu il Azərbaycanda turizmin inkişafı layihəsi çərçivəsində iki turizm şəhəri – Qəbələ və Qusara yeni dəmir yolu xətlərinin tikintisinə start veriləcəyini də söyləyib.

Qeyd edək ki, Qəbələ şəhəri 2020-ci il üçün İslam ölkələrinin turizm paytaxtı seçilib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az