22.09.2018 08:13
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Aİ-Azərbaycan: 1991-ci ildən başlamış enerji əlaqələri Balkanlardan keçir

 
 



Ibna, Yunanıstan
14.02.2018


Müəllif: Nefeli Çanetakou

Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Brüsseldə keçirdiyi görüşdən sonra bildirib ki, Azərbaycan Avropa üçün strateji əhəmiyyətə malikdir.

Hazırda Azərbaycanın Avropanın enerji sektoruna töhfəsi çox azdır. Bu gün Avropanın neftə olan ehtiyacın cəmi 5%-i Azərbaycanın payına düşür. Lakin “Cənub Qaz Dəhlizi” layihəsinin başa çatması ilə enerji sahəsində balans tamamilə dəyişəcək. Bu layihənin reallaşması ilə bu kiçik Qafqaz ölkəsi Avropaya qaz nəqlində Rusiyaya əsas alternativ mənbə olacaq. Bununla da Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təminində qoruyucu şəbəki kimi çıxış edəcək. Avropa Komissiyasının eks-prezidenti Joze Manuel Barrozu ilə Azərbaycan prezidenti İlham Əliyev arasında Bakıda hələ 2011-ci ildə “Cənub Qaz Dəhlizi” layihəsilə bağlı saziş imzalanarkən əsas hədəf məhz bu idi.  

“Şahdəniz” yatağının işlənməsinin 2-ci fazası çərçivəsində Azərbaycan qazı Türkiyədən keçəcək Transanadolu kəməri (TANAP) vasitəsilə Avropaya nəql olunacaq. Transadriatik qaz kəməri (TAP) isə Yunanıstan, Albaniya və İtaliyadan keçəcək. “Cənub Qaz Dəhlizi”ni bu iki boru xətti təşkil edir.

Lakin Aİ-nin sənədlərində göstərildiyi kimi, Azərbaycanla Aİ arasında enerji əməkdaşlığı “Cənub Qaz Dəhlizi” layihəsindən də uzağa gedir. Azərbaycan 2016-cı ildən etibarən “EU4Energy” proqramının bir hissəsinə çevrilib. Bu proqram Bakının enerji hədəflərinə çatmasını dəstəkləyir və buna təminat verir.

Aİ qaza olan təlabatının 70%-ni idxal hesabına ödəyir. Odur ki, Avropanın enerji bazarının fasiləsiz fəaliyyətini təmin etməyə ehtiyac var. Bəs buna necə nail olunmalıdır?

Balkan ölkələrinin mövqeyi

Balkan, Mərkəzi və Şərqi Avropa ölkələri enerji məsələsində üstün mövqedə deyillər. Çünki onların ərazisi karbohidrogen ehtiyatları ilə zəngin deyil. Buna görə də Bolqarıstan, Serbiya, Slovakiya və Macarıstan kimi ölkələr qaz idxalında Rusiyadan asılıdır.

Balkan ölkələrinin Avropanın vahid enerji sisteminə inteqrasiyası Aİ-nin hədəflərindən biridir. Lakin bunun üçün böyük investisiyaya ehtiyac var. Bu investisiyanın əldə edilməsi üçün isə bu ölkələrdən Avropanın enerji bazarının liberallaşdırılması qaydalarına riayət etmələri tələb olunur. Əslində, buna texniki cəhətdən artıq nail olunub. 2006-cı ildən etibarən Serbiya, Çernoqoriya, Xorvatiya, Bosniya və Herseqovina, Makedoniya, Albaniya və Kosovo kimi ölkələr “Enerji Birliyi”ni qurmaqdadır. Onun əsas hədəfi mükəmməl təşkil olunmuş Avropa-Transbalkan enerji bazarının yaradılmasıdır.

Bütün bunlarla yanaşı, Rusiya imzalanmış müqavilələri yenidən razılaşdırmaqla (daha aşağı qiymət, böyük investisiya və daha mənfəətli ikitərəfli müqavilələr), üstünlüyünü qoruyur. Belə olan təqdirdə şərtlər müəyyən müddətdə Balkan ölkələrinin də yararlana biləcəyi əlverilşli vəziyyət yarada bilərmi?

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Ibna


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az