18.03.2019 19:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Azərbaycan müqaviləni yenidən nəzərdən keçirmək istəyir

 
 



F1i.fr, Fransa
14.02.2018


Müəllif: Qreqori Dömoen

Əgər Formula 1 yarışını keçirmək üçün “Formula One Management”ə (FOM) ödənilməli olan məbləğ azaldılmazsa, Azərbaycan 2018-ci ildə keçiriləcək yarışdan sonra Formula 1 ilə müqaviləsinin müddətini uzatmayacaq.

Bakı ilə Berni Ekklstoun arasında vaxtilə bağlanmış müqavilə 2016-2020-ci illərdə keçiriləcək yarışları əhatə edir və müqavilənin ümumi dəyəri 250 milyon dollardır. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hesab edir ki, indi, bu məbləğ əsassızdır.

Nazir TASS informasiya agentliyinə müsahibəsində deyib: “Qran-Pri yarışını keçirdikdən sonrakı 3 ay müddətində biz müqaviləmizi daha 5 il – 2025-ci ilədək uzatmaq istəyib-istəmədiyimiz haqda Formula 1 rəhbərliyinə məlumat verməliyik. Biz hesab edirik ki, hazırkı müqavilə qəbuledilməzdir. Düşünürəm ki, Formula 1-in yeni rəhbərliyi də bu fikirlə razıdır”, - deyə A.Rəhimov qeyd edib.

Azərbaycanlı nazir fikrini belə davam etdirib: “Hazırda bir sıra kommersiya şərtlərini, o cümlədən sponsorluq hüququ və Formula 1 yarışını keçirmək üçün ödəyəcəyimiz məbləğlə bağlı məsələləri müzakirə edirik. Düşünürəm ki, həm ölkəmiz, həm də Formula 1 rəhbərliyi paytaxtımız Bakı şəhərində Formula 1 Qran-Prisini saxlamaq arzusundadır”.

Ötən il Azərbaycan Qran-Prisi mövsümün ən gərgin yarışlarından biri olmuşdu. Başgicəlləndirici yarışın sonunda Valteri Botaş ilə Lance Strolu geridə qoyan Daniel Rikkiardo qalib gəlmişdi.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: F1i.fr


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az