21.05.2018 19:02
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Aİ-Azərbaycan ticarət sazişi 2019-cu ildə hazır olacaq
 
21.05.2018
EurActiv, Aİ
 

  Azərbaycan səfiri: “Tacikistanla münasibətlərimiz qarşılıqlı dostluğa və etimada əsaslanır” - FOTO
 
18.05.2018
AVESTA, Tacikistan
 

  Yuri Lujkov xüsusi olaraq “Moskva-Baku” üçün: “Bir gecə Azərbaycanda sakinsiz adaya düşdüm”
 
18.05.2018
MOSKVA-BAKU.RU, Rusiya
 

  “Azərbaycan gələcəyin ulduzu kimi parlayır və parlamağa davam edəcək”
 
17.05.2018
AKŞAM, Türkiyə
 

  Azərbaycan: “Ermənistan Suriya xalqından Dağlıq Qarabağda vəziyyəti mürəkkəbləşdirmək üçün istifadə edir”
 
16.05.2018
Sputnik, Türkiyə
 

 
 
Azərbaycanda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb - VİDEO

 
 



ROSSİYA 24, Rusiya
27.02.2018


Müəllif: Aleksandr Çernetsov

Bu gün Azərbaycanda milli hüzn günüdür. Xocalı faciəsinin qurbanları yad edilir. Bütün ölkə boyu matəm yürüşləri və mitinqlər keçirilir. Məktəblərdə 1992-ci il hadisələri haqda filmlər nümayiş olunur.

Rahilə Quliyeva: “Bu qədər illər keçməsinə baxmayaraq, hələ də unuda bilmirəm”.

Rahilə Quliyevanın Bakıdakı mənzilində səhərədək şamlar yanır, dualar oxunur. Duz 26 il əvvəl fevralın 26-na keçən gecə həlak olanların xatirəsinə.

Rahilə Quliyeva: “Bu mənəm, mühasirədən çıxarkən. Bu həyat yoldaşımdır, onu orada öldürüblər. Bu 2 yaşlı oğlumdur, onu da güllələyiblər. Bu qaynatamdır, onu da öldürüblər. Təkcə bizim ailədən 22 nəfər həlak olub”.

Bu gün Azərbaycanda həlak olanların anım və hüzn günüdür. Səhər tezdən prezident İlham Əliyev respublikanın paytaxtında Xocalı faciəsi qurbanlarının memorialı önünə əklil qoyub.

İlham Əliyev (Azərbaycan prezidenti): Biz bunu xatırlayırıq və heç vaxt unutmayacağıq. Bu faciənin heç vaxt təkrarlanmaması üçün Azərbaycan daha güclü olmalıdır. Mən bu matəm gününü hər bir azərbaycanlının keçirdiyi hisslərləgünahsız öldürülənlərə görə acı, kədər, qurbanlara görə ağır itki hissi, eyni zamanda, ölkəmizi möhkəmləndirmək qətiyyəti ilə qarşılayıram. Azərbaycan xalqının gələcəkdə heç vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi potensialını möhkəmləndirməliyik.

Fikir ayrılıqlarına baxmayaraq, iki xalq arasında barışıq üçün ortaq nöqtələr istənilən yolla tapılmalıdır – yaxın illər üçün əsas vəzifə də elə budur.

Azərbaycanın xalq yazıçısı, ictimai xadim Çingiz Abdullayevin fikrincə, əsas məsələ odur ki, bu, dini münaqişə deyil və heç vaxt da olmayıb.

Çingiz Abdullayev (Azərbaycanın xalq yazıçısı): “Xalqlar qarşılıqlı anlaşmanın yolunu tapmalıdır. Təkrar edirəm, bu çətin məsələdir və getdikcə daha da çətinləşir. Artıq istəsək də, isəməsək də, qarşılıqlı nifrət ruhunda tərbiyə olunan bütöv bir nəsil yetişməkdədir. Bu isə doğru deyil, çünki sonda bu nifrət onun aşılandığı xalqın özünə ziyan vurur.

Ermənistanla Azərbaycan arasında yaranmış çox ağır və uzunsürən bu böhrandan çıxış yolu böyük siyasi güzəştlərdədir. Rusiyalı politoloqlar da hesab edir ki, nəhayət, hər iki tərəf mütləq bir-birinə güzəştə getməlidir. 2007-ci ilin noyabrında rusiyalı diplomatların da iştrakı ilə hazırlanmış “Kazan formulu”nda da siyasi nizamlamanın bu modeli əksini tapıb. Mütəxəssislər hesab edir ki, yaxın perspektivdə yenidən danışıqlara qayıtmaq şansları çox böyükdür.

Aleksandr Çernetsov (Müəllif): “Azərbaycanda dövlət başçısını aprelin 11-də, Ermənistanda martın 2-də seçəcəklər. Rusiyadakı seçkilərə isə bir ay qalıb. Sosioloji tədqiqatların nəticələrinə görə, həm Ermənistanda, həm də Azərbaycanda Rusiya liderini bölgədə sabitliyin əsas təminatçısı hesab edirlər. Görünür, bu mürəkkəb, lakin hər iki Cənubi Qafqaz respublikası üçün həyati vacib danışıqlar prosesində əsas rolu da məhz Rusiyaya ayırırlar”.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ROSSİYA 24


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az