21.05.2018 18:46
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Aİ-Azərbaycan ticarət sazişi 2019-cu ildə hazır olacaq
 
21.05.2018
EurActiv, Aİ
 

  Azərbaycan səfiri: “Tacikistanla münasibətlərimiz qarşılıqlı dostluğa və etimada əsaslanır” - FOTO
 
18.05.2018
AVESTA, Tacikistan
 

  Yuri Lujkov xüsusi olaraq “Moskva-Baku” üçün: “Bir gecə Azərbaycanda sakinsiz adaya düşdüm”
 
18.05.2018
MOSKVA-BAKU.RU, Rusiya
 

  “Azərbaycan gələcəyin ulduzu kimi parlayır və parlamağa davam edəcək”
 
17.05.2018
AKŞAM, Türkiyə
 

  Azərbaycan: “Ermənistan Suriya xalqından Dağlıq Qarabağda vəziyyəti mürəkkəbləşdirmək üçün istifadə edir”
 
16.05.2018
Sputnik, Türkiyə
 

 
 
Caz mədəniyyəti: Azərbaycan cazı

 
 



France musique, Fransa
02.03.2018


Qafqazda yerləşən, ərazisi təxminən Avstriyanın ərazisinə bərabər, 10 milyona yaxın əhalisi olan Azərbaycan 90 ildən çox tarixi olan caz ənənəsinə malikdir. Bununla çox az ölkə öyünə bilər.

“İRS-Heritage” jurnalının bu yaxınlarda işıq üzü görmüş qış nömrəsində “Azərbaycan cazı üstünlük və universallıq arasında” adlı məqalə dərc olunub. Məqalədə Tofiq Quliyev tərəfindən hələ 1939-cu ildə yaradılmış, İkinci Dünya müharibəsi zamanı qoşunların mənəvi hazırlığını yüksəltmək üçün “Qırmızı Ordu” ansamblı adlandırılmış ilk Milli Caz Orkestrindən söhbət açılır.

Bakı Stalinin ölümündən sonra 1960-70-ci illərdə SSRİ-nin caz mərkəzlərindən birinə çevrilib. Həmin dövrdə Azərbaycan cazının Rafiq Babayev (1937-1994) və Vaqif Mustafazadə (1940-1979) kimi nümayəndələri olub.

Sonralar baş vermiş siyasi hadisələr, bunun nəticəsində yaranmış iqtisadi böhran Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə, həmçinin Əminə Fiqarova kimi musiqiçiləri Azərbaycanı tərk edərək Avropada, ABŞ-da məskunlaşmaq, öz karyeralarını orada davam etdirmək məcburiyyətində qoyub.

Nəhayət, 2000-ci illər Azərbaycan cazının dirçəlişi və yeni musiqiçi nəslinin formalaşması ilə əlamətdar olub. Pianoçu İsfar Sarabski də həmin nəslin nümayəndələrindəndir. O, 2009-cu ildə – cəmi 19 yaşında Montrö Caz Festivalının solo piano müsabiqəsinin laureatı olub. Az sonra Sarabski Dafer Yusefi müşayiət edən pianoçuya çevrilib.

Fransa Azərbaycan etno-cazına ən çox maraq göstərilən ölkələrdən biridir. Məsələn, Əhməd Camalın şagirdi pianoçu Şahin Növrəslini Fransanın demək olar ki, bütün böyük səhnələrində görmüşük.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: France musique


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az