21.05.2018 18:47
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Aİ-Azərbaycan ticarət sazişi 2019-cu ildə hazır olacaq
 
21.05.2018
EurActiv, Aİ
 

  Azərbaycan səfiri: “Tacikistanla münasibətlərimiz qarşılıqlı dostluğa və etimada əsaslanır” - FOTO
 
18.05.2018
AVESTA, Tacikistan
 

  Yuri Lujkov xüsusi olaraq “Moskva-Baku” üçün: “Bir gecə Azərbaycanda sakinsiz adaya düşdüm”
 
18.05.2018
MOSKVA-BAKU.RU, Rusiya
 

  “Azərbaycan gələcəyin ulduzu kimi parlayır və parlamağa davam edəcək”
 
17.05.2018
AKŞAM, Türkiyə
 

  Azərbaycan: “Ermənistan Suriya xalqından Dağlıq Qarabağda vəziyyəti mürəkkəbləşdirmək üçün istifadə edir”
 
16.05.2018
Sputnik, Türkiyə
 

 
 
Türkiyə ilə Azərbaycanın 45 milyard dollarlıq layihəsi Avropanın enerji sahəsi üçün ciddi impuls olacaq - VİDEO

 
 



TRT WORLD, Türkiyə
05.03.2018


Müəllif: Ubey Şəbəndər

Azərbaycanın bu böyük terminalı Avopanın enerjiyə olan tələbatının ödənilməsində əsas mərkəzə çevrilir. Bu təlabat “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə ödənəcək. Kifayət qədər miqyaslı layihə olan “Cənub Qaz Dəhlizi” vasitəsilə Azərbaycanın Xəzər dənizindən çıxarılan qaz ilk dəfə olaraq Avropanın “göbəyi”nə nəql olunacaq. Layihənin dəyəri 45 milyard dollardır.

Namiq Əmiraslanov (SOCAR-ın şöbə rəisi): “Bu layihə Avropa cəmiyyəti, Avropanın qaz bazarı üçün böyük əhəmiyyətə malikdir. Çünki bu qitə qaz mənbələrinin şaxələndirilməsinə çalışır. “Cənub Qaz Dəhlizi” və ya Azərbaycan qazı avropalı alıcılar üçün ən yeni mənbələrdən biridir”.

Ubey Şəbəndər (“TRT World”un müdafiə məsələləri üzrə analitiki): “Mən Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın binasının qarşısındayam. SOCAR Türkiyənin ən böyük xarici investorudur. Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir. Bu iki ölkə “Cənub Qaz Dəhlizi” layihəsinin tikintisi üzərində birgə çalışır. Bu layihə tam gücü ilə fəaliyyətə 2020-ci ildə başlayacaq”.

2020-ci ildə işə düşəcək “Cənub Qaz Dəhlizi” vasitəsilə ildə 16 milyard kubmetr Azərbaycan qazı Avropaya nəql olunacaq. Bu qaz “Şahdəniz” yatağından hasil ediləcək. Yatağa 28 milyard dollar investisiya qoyulub. Onun “Cənub Qaz Dəhlizi”nə qoşulmuş ölkələrin enerji ehtiyaclarını ödəyəcəyi gözlənilir.

“Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsində Türkiyənin böyük rolu var. Bu layihənin bir hissəsi olan TANAP kəmərinin uzunluğu 1850 kilometrdir. Onun yarıdan çox hissəsi Türkiyə ərazisindən keçir. Bununla yanaşı, Türkiyə Azərbaycan qazını idxal edən əsas ölkələrdən biridir. Bu layihə vasitəsilə Türkiyənin əlavə olaraq 2 milyard kubmetr qaz alacağı gözlənilir. Bununla da onun qaz tədarükü 30% artacaq.

Azərbaycan qazının nəqli Avropa paytaxtlarında evlərin işıqlandırılması, qızdırılması və sənaye üçün böyük əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Avropanın enerji təhülkəsizliyi alternativ mənbə ilə təmin olunacaq. Bununla da Rusiyanın dövlət qaz şirkəti olan “Qazprom”un monopoliyasına son qoyulacaq. Qeyd edək ki, hazırda bu şirkət Avropa qaz bazarının üçdə birindən çoxuna nəzarət edir.

Xəzər dənizində yerləşən yataqlardan əlavə, Azərbaycanın enerji sahəsinə aid Səngəçal terminalı kimi obyektləri də var. Bu terminalın fəaliyyəti çox yüksək qiymətləndirilir. Səngəçal terminalı “Şahdəniz-2” layihəsilə bərabər, ölkənin qaz sənayesinin əsas hissəsi hesab edilir. Artıq qeyd etdiyimiz kimi, “Şahdəniz” yatağından hasil olunacaq qaz Türkiyə ilə Avropaya nəql ediləcək.

Rəhman Rəhmanov (“Şahdəniz-2” layihəsinin baş meneceri): ““Şahdəniz-2” və “Cənub Qaz Dəhlizi” layihələri sayəsində Azərbaycanda qaz hasilatı iki dəfə artacaq”.

Bu il Avropada hava qəfildən soyuyub. Nəticədə Avropanın qaza təlabatı artıb. Əslində bu vəziyyət Azərbaycanla Türkiyənin xeyrinədir. Çünki bu iki ölkə “enerjiyə ac” qitənin bu sahədə təhlükəsizliyini təmin edəcək, onun qazla təminatına yardım göstərəcək.

Ubey Şəbəndər, Bakı, Azərbaycan, TRT World.

 

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TRT WORLD


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az