22.09.2018 08:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
SSRİ-nin dağıntıları altında: cəzasız cinayət

 
 



KM.RU, Rusiya
06.03.2018


Müəllif: Daniil Preobrajenski

Dağlıq Qarabağ Muxtar Vilayəti və Şaumyan rayonu Xalq Deputatları şuralarının 1991-ci il sentyabrın 2-də keçirilmiş birgə sessiyasında “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığı elan olunub. Heç kəsin tanımadığı bu qondarma qurum təkcə Dağlıq Qarabağ Muxtar Vilayətini deyil, həm də vilayətə daxil olmayan Şaumyan rayonu və Xanlar rayonunun bir hissəsini “tərkibinə daxil edib”.

SSRİ-nin dağılması dərin idarəetmə böhranı fonunda baş verirdi. Respublika və mərkəzi hakimiyyət orqanları arasında səlahiyyətlərin bölüşdürülməsi ətrafında gedən qızğın mübarizə “qanunların müharibəsi”nə çevrilmişdi. Köhnə sovet partiya alətləri sıradan çıxır, SovİKP nüfuzdan düşür, ölkəni kütləvi tətil və mitinqlər bürüyürdü. Cəmiyyətin kriminallaşması təhlükəli həddə çatmış, güc strukturları müxalif KİV-in təzyiqi altında idi.

Tezliklə Sovet İttifaqı süquta uğradı. Lakin Sovet ordusunun bölmələri postsovet məkanındakı köhnə dislokasiya yerlərində qalmaqda idi. NATO-nün mümkün zərbələrinin qarşısının alınması üçün toplanmış silah anbarları da yerində idi. Hərbi potensialın miqyasını təsəvvür edirsiniz?

Əvvəl bunun hamısı Moskvadan idarə ounurdusa, SSRİ-nin süqutundan sonra Rusiya digər ərazilərdəki hərbi əmlakla bağlı hər hansı sərəncam vermək hüququndan məhrum olmuşdu.

SSRİ-nin hərbi irsinin qanuni bölünməsi prosesini təşkil etmək məqsədilə MDB ölkələri Birləşmiş Silahlı Qüvvələr təsis etmək barədə razılığa gəlmişdilər. İlk komandan da SSRİ-nin keçmiş müdafiə naziri, aviasiya marşalı Şapoşnikov idi. Bu, bir müddət Moskvanın keçmiş Sovet ordusuna nəzarət etməsinə imkan verirdi.

Lakin artıq Rusiyanın digər respublikalardakı hərbi birləşmələrə nəzarət etmək imkanı SSRİ zamanında olduğundan, o zamankı müdafiə nazirləri və vahib ölkə rəhbərlərinin imkanlarından çox məhdud idi.

Beləliklə, bütün bunların və keçmiş SSRİ ölkələrinin demək olar ki, hamısını bürümüş ümumi sosial-iqtisadi xaosun, kriminallaşmanın fəsadları gözlənilən idi. Hərbi anbarlardan silahlar daşınmağa başlamışdı. Qeyd edək ki, sonralar postsovet dövlətlərinin orduları da SSRİ Daxili Qoşunlarının bazasında qurulub.

O zaman Dağlıq Qarabağ Ali Sovetinin sədri, faktiki isə tanınmamış separatçı bölgənin hakimi “Daşnaksutyun” partiyasının təmsilçisi Artur Mkrtçyan idi. Xocalı şəhərinin dinc azərbaycanlı sakinlərinin kütləvi qətliamı məhz onun hakimiyyəti dövründə baş verib.

Qarabağ yaraqlıları Xocalını üç tərəfdən mühasirəyə almışdı. 1992-ci il fevralın 26-na keçən gecə azərbaycanlı yerli özünümüdafiə dəstəsi və “omonçu”lardan ibarət kiçik bir bölmənin qoruduğu şəhərə hücum başlayıb.

Şəhərdə döyüşlər başlayanda Xocalı sakinləri kütləvi şəkildə yeganə açıq dəhlizə tərəf üz tutub. Bu zaman onları yalnız bir qrup “omonçu” qoruyurdu və qaçan insanlar yenicə xilas olduqlarını düşünən zaman, dağların ətəklərində pusqu qurmuş erməni yaraqlılarının atəşinə məruz qalıb.

Xocalıda qətlə yetirilmiş və yaralanmış insanların sayı müxtəlif mənbələrdə fərqli göstərilir. “Human Rights Watch Bloodshed in the Cucasus” hesabatında 300 meyitin aşkarlandığını bildirir. Lakin tamamilə əsaslandırılmış başqa qiymətləndirmələrə görə, ölənlərin sayı bundan xeyli çoxdur. Nəzərə almaq lazımdır ki, atəş altına düşənlərin bir qismi yaxınlıqdakı meşələrdə gizlənməyə çalışırdı və elə oradaca donvurmadan ölürdü. (Tomas de Vaal, “Qara bağ. Ermənistanla Azərbaycan sülhlə hərb arasında”. Siyasi Ensiklopediya, 2014. C.2009).

Tomas de Vaalın BBC-nin rəsmi saytında yerləşdirilmış kitabında Xocalıda baş verənlərin qiymətləndirilməsi zamanı misli görünməmiş həyasızlığın nümyaişi əksini tapıb: “Erməni hərbi rəhbər Serj Sarqsyandan Xocalının alınması haqda danışmasını xahiş etdikdə, o ehtiyyatla dedi: “Biz bu barədə ucadan danışmaq istəməzdik… Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmağa qadir deyil. Biz bunu (stereotipi) aradan qaldıra bildik”.

Tomas de Vaalın istinad etdiyi erməni hərbi rəhbəri Ermənistanın hazırkı prezidenti Serj Sarqsyandır (onun səlahiyyət müddəti 2018-ci il aprelin 9-da başa çatacaq).

Hörmətli oxucular, Xocalıda baş verənlər Hitlerin cəza dəstələrinin Sovet İttifaqının işğal olunmuş ərazilərində törətdiklərini xatırlatmırmı? Nasist liderləri sonradan Nürenberqin müttəhimlər kürsüsündə oturubsa, bəlkə elə Xocalıda dinc sakinlərin qırğınında günahkar olanlar da belə bir beynəlxalq mühakiməyə layiqdir?

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: KM.RU


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az