22.09.2018 08:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Türk manekenlər Bakıda podiuma çıxıblar - FOTOREPORTAJ

 
 



NTV, Türkiyə
06.03.2018


Xaricdə ilk dəb nümayişini Azərbaycanın paytaxtı Bakıda təşkil edən “Dosso Dossi Fashion Şou”da səhnəyə məşhur modellər Çağla Şikel, Özge Ulusoy, Şəbnəm Şefer və digərləri çıxıblar.

Dünyanın məşhur top modellərinin iştirakı ilə Türkiyənin ən böyük dəb nümayişi tədbirlərini təşkil edən “Dosso Dossi Fashion Şou” xaricdəki ilk tədbirini qardaş ölkə Azərbaycanda keçirib. Bu dəfə məşhur manekenləri də şouya çağırmış şirkət Bakıda əsl “türk küləyi” əsdirib. Azərbaycanın ən böyük sərgi mərkəzi olan “Baku Expo Centr”də keçirilən tədbirdə Türkiyənin məşhur manekenləri də iştirak edib. Aralarında Çağla Şikel, Özge Ulusoy, Vilma Elles, Şebnem Şaffer, Günay Museyeva, Merve Büyüksaraç, Tuba Melis Türk ve Ege Begüm Yücetanın da olduğu 30 türk maneken xoreoqrafiyasını Öner Evezin hazırladığı nümayişdə türk dizaynerlərin 2018-ci ilin yaz-yay əsərlərini nümayiş etdiriblər.

120 dizayn nümayiş olunub

Azərbaycanla yanaşı, Rusiya Ukrayna, Gürcüstan və Türkiyədən dəvət olunmuş qonaqların maraqla tamaşa etdiyi nümayişdə 120 fərqli dizaynı manekenlər 4 fərqli geyimlə təqdim edib. Bu zaman rəngarəng, dərin yarıqlı və dekolte geyimlərlə yanaşı, düz və sadə paltarlar da diqqət çəkib. Sonda səhnəyə narıncı rəngli dekolte ilə çıxan manekenləri tamaşaçılar ayaq üstə alqışlayıb.

“Özümüzü yad məkanda hiss etmədik”

Nümayişdən sonra kameralar qarşısına keçən Çağla Şikel ata tərəfdən azərbaycanlı olduğunu söyləyib. Hətta Azərbaycan dilində danışaraq zarafat da edən Şikel deyib: “Burada özümü heç tənha hiss etmədim. Bizi çox yaxşı qarşıladılar. Ata tərəfim azərbaycanlı olduğundan, qəlbən buraya bağlıyam. Çox gözəl və rəngarəng nümayişimiz oldu”.

“İsti və gözəl şəhər”

Maneken Özge Ulusoy da buradakı ab-havaya heyran olub. Geydikləri paltarlarla yanaşı, insanların onlara heyranlıqla tamaşa etməsindən də xoşbəxt olduğunu deyğn Ulusoy fikrini belə davam etdirib: “Bu dəfə Bakını yaxşı gəzə bilmədim. Ən yaxın vaxtlarda buraya qayıdıb şəhərin hər tərəfini gəzmək istəyirəm. İsti və gözəl şəhərdir. İnsanlarına heyran oldum”.

“Azərbaycanda ildə iki dəfə dəb günləri təşkil edəcəyik”

“Dosso Dossi Holding”in rəhbəri Hikmet Eraslan da qardaş ölkə Azərbaycanda belə tədbirin təşkilindən xoşbəxt olduğunu deyib. Bundan sonra Azərbaycanda ildə iki dəfə dəb günləri keçirəcəklərinin söyləyən Eraslanın sözlərinə görə, artıq onlar sentyabrda buraya bir daha gəlməyi planlayırlar. Antalyada hər il təşkil etdikləri şouların artıq xaricdə də keçirdiyini vurğulayan Eraslan deyib: “Azərbaycandakı qardaşlarımız bizi çox yaxşı qəbul etdilər. Burada bundan sonra da böyük moda tədbirləri təşkil edəcəyik”.

Tədbir Bakının məşhur əyləncə mərkəzində ziyafətlə davam edib. Azərbaycanlı müğənni Röyanın, həmçinin Soso Pavliaşvilinin səhnəyə çıxdıqları ziyafət rəngarəng mənzərələrlə yadda qalıb.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NTV


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az