18.03.2019 19:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
“Etihad Airways” Əbu-Dabi ilə Bakını birləşdirir

 
 



L’Aérien, Fransa
07.03.2018


“Etihad Airways” şirkəti Əbu-Dabi ilə Bakı arasında birbaşa uçuşlara başlayıb. Bu, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycanın paytaxtlarını birləşdirən ilk xətdir. Bu münasibətlə Körfəz şirkəti kod paylaşımı da həyata keçirib.

Martın 2-dən etibarən “Etihad Airways” həftədə 3 dəfə olmaqla, Əbu-Dabidən Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına uçurlar təşkil edir. Uçuşlar ikisinifli, 136 sərnişin tutumlu (16 biznes, 120 ekonom-klas) “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.

Uçuşlar həftənin çərşənbə, cümə və şənbə günləri Əbu-Dabidən saat 10:10-da (Bakıya çatma vaxtı 13:15), Bakıdan saat 16:30-da (Əbu-Dabiyə çatma vaxtı saat 19:30) olacaq. 1830 kilometrlik məsafə gediş 3 saat 5 dəqiqə, qayıdış 2 saat 55 dəqiqə çəkəcək.

İndiyədək Bakıdan Birləşmiş Ərəb Əmirliklərinə xüsusi reyslər “Air Arabia” (Şərcə), “Azərbaycan Hava Yolları” və “Flydubai” (Dubay) şirkətləri tərəfindən həyata keçirilirdi. Beləliklə, “Etihad Airways” Bakı ilə Əbu-Dabi arasında müntəzəm uçuşlar təklif edən ilk aviaşirkət olacaq.

“İki ölkənin inkişaf edən bazarları səbəbindən bu istiqamətdə birbaşa uçuşlara böyük tələbat var. Biz müştərilərin artan tələbatına cavab verdik. Yeni reys Birləşmiş Ərəb Əmirliklərindən sərnişin axınının daha da artmasına və ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə imkan verəcək”, - deyə “Etihad Airways” aviaşirkətinin baş icraçı direktoru Piter Baumqartner bildirib. Onun sözlərinə görə, 2015-ci ildə Azərbaycanın BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza proqramını tətbiq etməyə başlaması bu ölkəyə olan marağı əhəmiyyətli dərəcədə stimullaşdırıb. Nəticədə bu ölkəyə turist axını xeyli artıb.

“Etihad Airways” şirkəti ilə “Azərbaycan Hava Yolları” QSC arasında kod paylaşımı üzrə müqavilə də bağlanılıb. Müqaviləyə əsasən, Azərbaycan şirkəti Bakıdan Əbu-Dabiyə yeni marşrut üzrə uçuşları J2 kodu altında həyata keçirəcək.

AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, bu iki şirkət köhnə tərəfdaşlardır. Onun sözlərinə görə, birgə uçuşların başlanması Azərbaycan vətəndaşlarının dünyada yeni istiqamətlərə çıxışını asanlaşdıracaq, turistlər və iş adamları üçün yeni imkanlar yaradacaq.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: L’Aérien


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az