21.05.2018 19:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Aİ-Azərbaycan ticarət sazişi 2019-cu ildə hazır olacaq
 
21.05.2018
EurActiv, Aİ
 

  Azərbaycan səfiri: “Tacikistanla münasibətlərimiz qarşılıqlı dostluğa və etimada əsaslanır” - FOTO
 
18.05.2018
AVESTA, Tacikistan
 

  Yuri Lujkov xüsusi olaraq “Moskva-Baku” üçün: “Bir gecə Azərbaycanda sakinsiz adaya düşdüm”
 
18.05.2018
MOSKVA-BAKU.RU, Rusiya
 

  “Azərbaycan gələcəyin ulduzu kimi parlayır və parlamağa davam edəcək”
 
17.05.2018
AKŞAM, Türkiyə
 

  Azərbaycan: “Ermənistan Suriya xalqından Dağlıq Qarabağda vəziyyəti mürəkkəbləşdirmək üçün istifadə edir”
 
16.05.2018
Sputnik, Türkiyə
 

 
 
Azərbaycan “ənənəvi toxuculuq”la dünyaya açılır

 
 



A Haber, Türkiyə
09.03.2018


Azərbaycanda kənd təsərrüfatı və turizmlə yanaşı, müxtəlif sənətkarlıq növlərinin yayılmasına dair də təşviqat proqramlarının icrasına başlanılıb.

Dövlətin də dəstəyilə artıq ölkədə xalçaçılığın daha da inkişaf edəcəyini vurğulayan “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov deyir: “Bu il daha 10 rayonda emalatxana açacağıq. 2019-cu ildə emalatxanaların sayı 30-a çatacaq. Burada toxunacaq xalçalar “Azərbaycan xalçaları” markası altında dünyanın hər yerində satışa çıxarılacaq. Nəticədə həm ölkə xarici valyuta qazanacaq, həm də Azərbaycan xalqının vizit vərəqəsi sayılan xalçaçılıq sənəti keçmişdəki şöhrətinin özünə qaytaracaq”.

Beləliklə, Azərbaycan tarixi min illərlə ölçülən ənənəvi xalçaçılıq sənətini inkişaf etdirməyi, əllə toxunan xalçaları “Azerbaijan carpet” markası ilə dünyada satışa çıxarmağı hədəfləyir.

Dünya bazarlarında neftin ucuzlaşmasından sonra qeyri-neft sektorunun inkişafına daha çox diqqət ayıran Azərbaycanda kənd təsərrüfatı, turizm kimi sahələrlə yanaşı, müxtəlif sənət növlərinin də yayılması üçün fərqli təşviqat lahiyələri həyata keçirilir. Dövlətin dəstəyilə inkişaf etdirilməsi nəzərdə tutulan sahələrdən biri də UNESCO-nun Qeyri-Maddi İrs siyahısına daxil edilmiş ənənəvi Azərbaycan xalçaçılığıdır. Bu sahənin inkişafı üçün dövlətə məxsus Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Bununla yanaşı, prezident İlham Əliyev “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nı da imzalayıb. Programa əsasən, dövlət bölgələrdə yaşayan xalçaçılar üçün münasib şərait yaradacaq və onları xammalla təmin edəcək.

Bu gün ölkənin Füzuli, Ağdam, Qəbələ, İsmayıllı, Quba, Xaçmaz, Tovuz, Qazax, Ağstafa və Şəmkir rayonlarında “Azərxalça”ya bağlı 10 emalatxana fəaliyyət göstərir. Emalatxanalarda əksəriyyəti qadın olmaqla, təxminən 1000 nəfər işləyir.

Dövlət proqramına əsasən, 3 il ərzində emalatxanaların sayı 30-a, işçilərin sayı isə 5 min nəfərə çatdırılmalıdır.

Dövlət təbii xalça iplərinin istehsalı üçün fabrik də tikəcək. Dövlət proqramının əsas hədəfi ənənəvi xalçaların “Azerbaijan carpet” markası altında dünyada satışa çıxarılmasıdır.

“Xalça Azərbaycan xalqının vizit vərəqəsidir”

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov xalçaçılıqla bağlı hədəflərindən danışarkən xalçaçılığın türk xalqlarına məxsus sənət növü olduğunu, “xalça” dedikdə ilk olaraq ağla türklərin gəldiyini deyir: “Türklər hər getdikləri yerdə yeni xalça növləri yaradıb”.

Azərbaycan xalçaçılığının ölkənin regionlarına görə fərqləndiyini deyən Muradov fikrini belə davam etdirib: “Bu gün 17-ci, 18-ci əsrlərdə toxunmuş xalçalarımız dünya muzeylərini bəzəyir. 1549-cu ildə toxunmuş Şeyx Sefi xalçası London muzeyində nümayiş etdirilir”.

Dövlətin də dəstəyilə ölkədə xalçaçılığın daha da inkişaf edəcəyini vurğulayan Muradov deyib: “Bu il daha 10 rayonda emalatxana açacağıq. 2019-cu ildə emalatxanaların sayı 30-a çatacaq. Burada toxunacaq xalçalar “Azərbaycan xalçaları” markası altında dünyanın hər yerində satışa çıxarılacaq. Nəticədə həm ölkə xarici valyuta qazanacaq, həm də Azərbaycan xalqının vizit vərəqəsi sayılan xalçaçılıq sənəti keçmişdəki şöhrətinin özünə qaytaracaq, gələcək nəsillərə ötürəcək. Beləliklə, xalçaçılıq sənətimizi əbədi yaşadacağıq”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: A Haber


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az