19.08.2018 12:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qəbələ: Azərbaycanın dağların əhatəsindəki yaşıl cənnəti - FOTO
 
17.08.2018
Səma əl-İxbariyyə, Fələstin
 

  Bakıya uşaqlarla səyahət... Ailə üçün ən yaxşı turizm məkanları
 
17.08.2018
Əl-Anbat, İordaniya
 

  Tehran-Bakı əlaqələrində böyük dəyişikliklər var
 
14.08.2018
IRNA, İran
 

  Xəzər dənizilə bağlı tarixi anlaşma
 
14.08.2018
Le Monde, Fransa
 

  Azərbaycanın “neft iqtisadiyyatı”ndan xilas olmaq səyləri
 
12.08.2018
IRNA, İran
 

 
 
İlaxır çərşənbələri Azərbaycanda Novruz bayramına hazırlıqdır

 
 



ANAJ, İran
09.03.2018


İranda Novruz bayramı ərəfəsində yalnız ilin son çərşənbəsi – “Suri çərşənbə” (İlaxır çərşənbə) qeyd olunursa, Azərbaycanda bayramdan əvvəl 4 çərşənbə mərasi keçirilir. Bu, Novruz şənliklərinə hazırlıq kimi keçirilir.

Azərbaycanda çərşənbə mərasimləri, eləcə də Novruz bayramı Sovet İttifaqının süqutundan əvvəl digər bayramlar və adətlər kimi, müxtəlif dövrlərdən keçib. Sovet hakimiyyətinin ilk illərində, xüsusilə Stalin dövründə Novruzun qeyd edilməsi ümumiyyətlə qadağan olunub. Sonrakı illərdə ona qismən icazə verilib və Novruz Azərbaycanda milli bayram kimi qeyd olunmağa başlayıb. Bəs xalq onu keçmişdə necə qeyd edirdi, bu gün necə keçirir?

Sovet İttifaqı dövründə bu şənliklər yalnız ailədaxili mərasim kimi qeyd edilib. Həmin illərdə onun təntənəli şəkildə keçirilməsinə imkan verilməsə də, bütün xalq evində Novruzu qeyd edib. Bu gün Azərbaycanda Novruz bayramı dövlət tərəfindən rəsmi bayram kimi qeyd olunur. Həmin günlərdə bir çox ictimai məkanlarda musiqi səsləndirilir, rəqslər nümayiş edilir və s. Bir sözlə, bu gün Azərbaycanda Novruz bayramı olduqca təntənəli şəkildə keçirilir. Həmin günlərdə paytaxt Bakıda da elektrik dirəkləri, ağaclar əlvan rənglərlə boyanır, şəhərin meydanları gül-çiçəklə bəzədilir, hər yanda bayram əhvalı hiss olunur. Əksər mağazaların piştaxtasına yaşıl səməni qoyulur. Bakı şəhərində və Azərbaycanın digər şəhər və rayonlarında bayramqabağı alış-veriş həyəcanı İran bazarlarındakı bayram əhvalından çox da fərqlənmir.

Bayram ayı və axır çərşənbələr

Azərbaycanda Novruz şənlikləri bayramdan təxminən 1 ay əvvəl başlayır. Ardıcıllıqla 4 çərşənbə qeyd olunur: su çərşənbəsi, yel çərşənbəsi, od çərşənbəsi, ilaxır çərşənbə və ya torpaq çərşənbəsi. Bu adət torpaq, su, yel və torpağı təmsil edən 4 ünsürün rəmzidir. İlaxır çərşənbəsində bəzi ayinlər, o cümlədən od üzərindən tullanmaq, fala baxmaq və s. ənənələr xüsusilə İranla həmsərhəd, yaxın bölgələrdə keçirilir.

Bu gün Bakıda və Azərbaycanın digər şəhərlərində ilaxır çərşənbə keçmişdə olduğundan müəyyən fərqlərlə qeyd edilir. Əsas mərasimlər İçərişəhər, Bayraq meydanı və bir neçə başqa məkanda keçirilir. Gənclər tonqal qalamaq adətini hələ də qoruyur və bayram günlərində demək olar ki, bütün məhəllələrdə tonqal qalanır.

İlaxır çərşənbə (torpaq çərşənbəsi) Azərbaycanda sonuncu çərşənbə axşamı mərasimidir. Həmin gün səhərdən müxtəlif ayinlərə, proqramlara başlanılır. İnsanlar həmin gün torpaqda işləməyə, ağac əkməyə çalışır. Həmçinin yoxsullara yardım göstərmək, qohumları, yaxınları və dostları ziyarət etmək həmin günün bəyənilən adətlərindəndir.

Novruz bayramınadək qeyd olunan 4 çərşənbə arasında ilaxır çərşənbə daha təntənəli keçirilir. Həmin gecənin son saatlarında Bakı küçələrində, xüsusilə İçərişəhərdə böyük tonqal qalanır və gənclər onun üzərindən tullanır. Bu mərasim Sovet hakimiyyəti dövründə qadağan idi. Lakin o, bu günədək qorunub saxlanılır. Ümumiyyətlə, təmizləyici ünsür sayılan, şəri dəf etdiyinə inanılan od qədimdən müxtəlif mədəniyyətlərdə mövcud olub.

İlaxır çərşənbədə insanlar istər öz evilərində, istərsə də kollektiv şəkildə ictimai məkanlarda, küçələrdə təmizlik işləri görür. Bu günün ayinlərindən daha biri evlərin qarşısında, küçələrdə və meydanlarda tonqal qalanmasıdırr. Daha sonra ailə üzvləri bayram süfrəsi ətrafına toplaşır. İnanca görə, ilk çərşənbədə qalanmış tonqalın odu yelin əsməsilə dağların zirvəsinə gedir, orada qarı əridib suya çevirir, yaranmış su dağların ətəyinə və otlaqlara axaraq torpağa yeni nəfəs verir. Bununla da torpağın dərinliklərindən otların cücərməsilə yeni həyat başlayır.

Çərşənbə günləri keçirilən mərasimlər qədimdən qalan mirasdır və fəlsəfi anlam daşıyır. Bu milli bayram insanın yaradılışına aiddir. İnsanın aləmi dərk etməsi 4 ünsür – su, yel, torpaq və odla bağlıdır.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az