22.09.2018 08:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Azərbaycanla Mərakeş Saxara və Dağlıq Qarabağda separatçılığa qarşıdırlar

 
 



THE NORTH AFRICA POST, Mərakeş
09.03.2018


Mərakeş ilə Azərbaycan separatçılığa qarşı sərt mövqe tutduqlarını bir daha bəyan ediblər. Qeyd edək ki, hər iki ölkə qonşu dövlətlər tərəfindən silahlandırılan və maliyyələşdirilən separatçı qüvvələrə qarşı mübarizə aparır.

Azərbaycanla Mərakeş onilliklərdir beynəlxalq hüquq normalarına məhəl qoymayan separatçılara qarşı mübarizə aparır. Mərakeş Əlcəzairin dəstəklədiyi “Polisario” separatçı təşkilatını neytrallaşdıra bilib. 1991-ci ildə BMT-də Mərakeşlə separatçı hərəkat arasında atəşkəs müaviləsi imzalanıb. Azərbaycan ərazisinin beşdə biri isə hələ də qondarma “Dağlıq Qarabağ Respublikası”nın işğalı altındadır.

Hər iki ölkə bu münaqişələrin milli suverenlikləri çərçivəsində həllinə çalışır. Bu səbəbdən onlar separatçılıqla mübarizədə səyləri birləşdirib.

Mərakeşin xarici işlər naziri Nasir Bureyta martın 5-də Bakıya səfər edib. İki ölkənin xarici işlər nazirlərinin Bakıda verdikləri birgə bəyanatında deyilir ki, Saxara probleminin uzunmüddətli həlli üçün Mərakeşin muxtariyyətlə bağlı təşəbbüsü ciddi şəkildə dəstəklənir. 

Mərakeş də öz növbəsində, təcavüzlə, BMT-nin qətnamələrinə məhəl qoymayan separatçılarla üzləşmiş Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir.

“Hesab edirik ki, ərazi bütövlüyü prinsipinə riayət etmək çox mühüm məsələdir. Mərakeş qardaş Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həlli səylərini dəstəkləyir”, - deyə Nasir Bureyta həmkarı Elmar Məmmədyarovla Bakıda birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiları irəli sürməsi üzündən 1988-ci ildə bu iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə başlayıb. Müharibə nəticəsində Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və ona bitişik 7 rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20%-ni işğal edib. 1994-cü ildə tərəflər arasında imzalanmış atəşkəs müqaviləsindən sonra iki ölkə sülh danışıqlarına başlayıb. Buna baxmayaraq, Ermənistan indiyədək BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyini qətnamələri yerinə yetirmir. Həmin qətnamələrdə Ermənistan hərbi birləşmələrinin Dağlıq Qarabağ və ona bitişik rayonlardan çıxarılması tələb edilir.

Nazirin Bakıya səfəri zamanı iqtisadi əməkdaşlıq və mötədil islamın təbliği təcrübəsi daxil olmaqla, qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.

N.Bureyta mətbuat konfransında vurğulayıb ki, hər iki ölkə mötədil islamın inkişafında, islamafobiya və terrorçuluğa qarşı mübarizədə böyük təcrübəyə malikdir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE NORTH AFRICA POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az