20.07.2018 18:12
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Azərbaycan prezidenti və xanımı Novruzu belə qarşılayıblar - FOTOREPORTAJ

 
 



Entekhab.ir, İran
24.03.2018


Azərbaycan paytaxtında Novruz bayramı mərasimi Bakının İçərişəhər adlanan tarixi məkanında, Qız qalasının yaxınlığında keçirilib. Mərasim ölkə prezidenti İlham Əliyevin Novruz tonqalını qalaması ilə başlayıb.

“Entekhab”ın məlumatına görə, Novruz Azərbaycanda əsas bayramlardan sayılır. Bayram tədbiri Bakının İçərişəhər adlanan tarixi məkanında, Qız qalasının yaxınlığında keçirilib. Mərasim prezident İlham Əliyevin Novruz tonqalını qalaması ilə başlayıb.

Dədə Qorqudun rəmzi duasının səsləndirildiyi mərasimdə ölkə başçısını qədim geyimli əsgərlər qarşılayıb. Prezidentin xanımı Mehriban Əliyevanın da qatıldığı mərasimdə Azərbaycan xalqının Novruz bayramını digər bayramlardan daha çox sevdiyini vurğulayan İlham Əliyev deyib: “Milli-mənəvi dəyərlər müasir Azərbaycanın əsasını təşkil edir. Gənc nəslin də bu milli həmrəyliyin əhəmiyyətini bilməsi vacibdir”.

Azərbaycanda Novruz bayramının başlandığı gündən martın 26-dək qeyri-iş günüdür.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Entekhab.ir


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az