21.07.2018 17:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Azərbaycanda prezident seçkisilə bağlı təbliğat başlayıb - VİDEO

 
 



Mir TV, Rusiya
29.03.2018


Müəlif: Pyotr Korolyov

Azərbaycanda seçkiqabağı təbliğata start verilib. Prezident seçkisinə 2 həftə qalır.

Yeni Azərbaycan Partiyasının təmsilçiləri bu münasibətlə Bakının rayonlarından birində olublar. Onlar hazırkı prezident İlham Əliyevin xeyrinə təbliğat aparır. Tədbir konsert proqramı ilə başa çatıb.

İlham Əliyev ilk dəfə ölkəyə 2003-ci ildə rəhbərliyə başlayıb. Bundan sonra o, daha 2 dəfə – 2008 və 2013-cü illərdə prezident seçilib. Azərbaycan Konstitusiyasına 2016-cı ilin sentyabrında edilmiş dəyişikliklərə əsasən, bu il ölkə prezidenti ilk dəfə olaraq 7 illiyinə seçiləcək.

Hikmət Şikarov (Yeni Azərbaycan Partiyasının təmsilçisi): “Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası növbəti seçkiqabağı təbliğat kampaniyasını aparır. Ölkə başçısı İlham Əliyev 15 il ərzində Azərbaycanın inkişafında böyük uğurlara nail olub. O, ölkə vətəndaşları üçün əlverişli şərait yaradıb. Azərbaycan xalqı İlham Əliyevi sevir və dəstəkləyir”.

Artıq Mərkəzi Seçki Komissiyasında 49 ölkədən 383 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. MDB Parlament Assambleyasının uzunmüddətli müşahidə missiyasının ekspertlər qrupu da komissiya sədri Məzahir Pənahovla görüşüblər. Məqsəd səsverməyə hazırlığın gedişatını qiymətləndirməkdir.

Azərbaycanda prezident seçkisi aprelin 11-də keçiriləcək. Seçkidə rəsmi qeydiyyatdan keçmiş 8 namizəd mübarizə aparacaq.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Mir TV


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az