10.12.2018 07:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
Bakılı qız “Forbes”un ən perspektivli innovatorlar və sahibkarlar reytinqinə düşüb

 
 



Inc., Rusiya
01.04.2018


Müəllif: Anna Şvırkova

15 yaşlı Bakı məktəblisi Reyhan Camalova “Forbes”un “30 Under 30” reytinqinə düşüb. Bu reytinqə ən perspektivli gənc sahibkarlar və ixtiraçılar daxil edilir.

Camalova “Rainenergy” adlı qurğu ixtira edib. Bu qurğu yağış suyundan elektrik enerjisi istehsal edir. O, öz ixtirasını ötən ilin noyabrında Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində (GES 2017) təqdim etmişdi.

Qurğu yağış suyu kollektoru, rezervuar, elektrik generatoru və akkumulyatordan ibarətdir. Əvvəlcə rezervuar kollektor vasitəsilə yağış suyu ilə dolur, sonra həmin su generatorun üzərindən böyük sürətlə axaraq enerji yaradır. Bu yolla yaranan enerji akkumulyatorda toplanır.

Camalova GES-2017-nin ən gənc iştirakçısı olub. Təşkilatçılar təsdiq ediblər ki, onun ixtirası güclü musson yağışlarının yağdığı ekvatorial zonanın sakinləri üçün alternativ enerji mənbəyinə çevrilə bilər. Hazırda “Rainenergy”nin sənaye üsulu ilə istehsalı müzakirə mövzusudur.

Sammitdə ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Tramp məktəbli qızın ixtirasını ayrıca qeyd edib. İvanka Tramp çıxışında deyib ki, Camalovanın qurğusu cəmiyyətə böyük fayda verə bilər.

Ötən il bu gənc qız Avropada keçirilmiş ən böyük “Climate Launchpad” yarışının finalçısı da olub. Bu yarışda ixtiraçılar “yaşıl” biznes-ideyalarını təqdim edir.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Inc.


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az