18.03.2019 19:42
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Bakı-Naxçıvan qatarı İrandan keçəcək

 
 



Anahidnews, İran
05.04.2018


Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov: “İran prezidentinin Azərbaycana ötən həftə etdiyi səfər zamanı əldə olunmuş razılaşmaya görə, yaxın vaxtlarda istismara veriləcək Bakı-Naxçıvan sərnişin qatarı İran ərazisindən keçəcək”.

Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun sözlərinə görə, Bakı-Naxçıvan sərnişin qatarının fəaliyyətə başlaması üçün hazırlıq işlərinə start verilib. “Bakı dəmir yolu vağzalından İran ərazisindən keçməklə Naxçıvan şəhərinədək uzanacaq dəmir yolunun uzunluğu 1450 kilometrdir”,- deyə o bildirib.

C.Qurbanov deyib ki, bu dəmir yolu xəttində “Standart” şirkətinin yüksək sürətli qatarlarından istifadə edilməsi nəzərdə tutulur. Qatar Bakıdan Naxçıvana 18 saata gedəcək.

Hazırda Dağlıq Qarabağ münaqişəsi üzündən Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər bölgələri arasında quru əlaqəsi yoxdur. Bu əlaqə yalnız İran ərazisilə mümkündür.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anahidnews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az