18.03.2019 19:39
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Qarabağ münaqişəsi nəticəsində məcburi köçkünə çevrilmiş azərbaycanlılar evlərinə qayıtmaq istəyir - VİDEO

 
 



TRT WORLD, Türkiyə
10.04.2018


Müəllif: Endru Hopkins

Bura Yasamal rayonudur. Burada işğal edilmiş Qarabağdan məcburi köçkün düşmüş çox sayda insan yaşayır. Onların bir çoxu köhnə tələbə yataqxanalarında məskunlaşıb.

Xatirə Adıgözəlova kiçik mənzildə tək yaşayır. O, bir vaxtlar kitabxanaçı olub. 25 il əvvəl, yəni erməni hərbi birləşmələrinin onun doğma şəhərini işğal etdiyi zaman oranı tərk etmək məcburiyyətində qalıb. İndi, Xatirə Adıgözəlova pərdə tikməklə pul qazanır.

Xatirə Adıgözəlova (məcburi köçkün): “Erməni hərbi birləşmələri şəhərə daxil olmazdan cəmi 1 gün əvvəl bizə şəhəri tərk etməli olduğumuzu dedilər. Odur ki, özümüzlə heç nə götürə bilmədik. Bu o demək idi ki, biz şəhəri sanki lüt tərk etməli idik”.

Bu binada 400 ailə yaşayır. Azərbaycan hökuməti bütün məcburi köçkünlərə yeni mənzillər verməyə çalışır. Lakin bu, çox çətin işdir.

Endru Hopkins (müxbir): “Təkcə Bakının bu rayonunda 40 min məcburi köçkün yaşayır. Amma Azərbaycan hökuməti nə vaxt desə, onlar öz doğma evlərinə qayıtmalıdır. Əlbəttə ki, əgər özləri də bunu istəyərsə”.

Məcburi köçkünlər kommunal xərcləri ödəmir. Hər bir məcburi köçkünə bu məqsədlə aylıq 30 dollar yardım göstərilir. Lakin onların başqa problemləri var. Bu, əsasən mənəvi məsələlərdir.

Fuad Hüseynov (Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini): “Əsas məsələ insanlarda ümidi saxlamaqdır. Məcburi köçkünlər ümidlərini itirməyiblər. Onlar doğma torpaqlara qayıdacaqlarına ümid edirlər”.

Xatirə deyir ki, 69 yaşının olmasına baxmayaraq, öz evinə qayıtmağa hazırdır. Onun həyat yoldaşı münaqişə tərəfləri arasında atəşkəs müqaviləsinin imzalanmasından 3 il sonra həyatını itirib. 3 övladı Bakıda, ona yaxın yerdə yaşayır. Amma onu doğma evinə qayıtmaqdan bu da saxlaya bilməz.

 

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TRT WORLD


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az