10.12.2018 07:24
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
İlham Əliyev prezident seçkisində qalib gəldiyini bəyan edib

 
 



Xinhua, Çin
12.04.2018


Azərbaycanda prezident seçkisi çərşənbə günü yerli vaxtla saat 19:00-da başa çatıb. Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, ilkin nəticələrə əsasən, ölkənin hazırkı prezidenti İlham Əliyev 86,09% səs toplayaraq qalib gəlib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 3,4%-lə ikinci yeri tutub. Müstəqil namizəd Zahid Oruc isə 3,7% səslə üçüncü olub. Qalan səslər digər 5 namizəd arasında bölünüb.

Beləliklə, İ.Əliyev növbəti 7 il üçün Azərbaycan prezidenti seçilib. O, ilkin nəticələrin açıqlanmasından dərhal sonra xalqa müraciətində göstərilən etimada görə hər kəsə minnətdarlığını bildirib.

“Mən Azərbaycan xalqının dəstəyini hər zaman hiss edirəm. Bu, mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi inkişafımızın əsas amilidir”, - deyə İ.Əliyev qeyd edib.

İ.Əliyev bildirib ki, seçkidə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs verib, eyni zamanda son 15 il ərzində görülmüş işləri yüksək qiymətləndirib: “Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirib”.

Aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkisində seçicilər kifayət qədər fəal olub (təxminən 75%). MSK-nın məlumatına görə, 5,3 milyon seçicinin 3 milyon 959 min 553 nəfəri səsverməyə qatılıb.

Azərbaycanda prezident seçkisi 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində təşkil edilib. 5426 seçki məntəqəsi daimi olub. Səsvermə zamanı şəffaflığın təmin edilməsi üçün seçki məntəqələrində (20%) 1000 veb-kamera quraşdırılıb. Prosesi təxminən 900 beynəlxalq, 58 min 175 yerli müşahidəçi, həmçinin 50 xarici jurnalist izləyib.

“Azərbaycanda prezident seçkisi bütün standartlara uyğun şəkildə keçirilib”, - deyə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqının baş katibi Mahmud Erol Kiliç bildirib. Onun sözlərinə görə, seçki yüksək səviyyədə keçirilib və prosesdə seçicilərin böyük fəallığı müşahidə olunub: “Ümid edirəm ki, Azərbaycan xalqının seçimi ölkəni daha da gücləndirəcək”.

Azərbaycanın baş nazirinin, həmçinin Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini Əli Əhmədov da prezident seçkisinin baş tutduğunu söyləyib. Onun fikrincə, növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi olacaq: “İlham Əliyevin strategiyası sayəsində hökumətin genişmiqyaslı planı həyata keçiriləcək. Bu, Azərbaycanın bütün sahələrdə inkişafı və beynəlxalq arenada mövqelərinin güclənməsi ilə nəticələnəcək. İlham Əliyevin qələbəsi bütün Azərbaycan xalqının qələbəsidir. Bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm”.

Gürcüstan parlamentinin sədr müavini Zviad Dzidziguri keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanda demokratik, Avropa standartlarına uyğun prezident seçkisi keçirilib: “Seçicilərin böyük fəallığını müşahidə etdik. Prezidentliyə namizədlərin nümayəndələrinin bütün seçki məntəqələrində fəaliyyəti bizi ruhlandırdı”. O, apardıqları monitorinq zamanı heç bir qanun pozuntularına rast gəlmədiklərini də vurğulayıb.

Xatırladaq ki, 56 yaşlı İlham Əliyev atası Heydər Əliyevdən sonra ilk dəfə 2003-cü ildə dövlət başçısı seçilib. Həmin vaxt o, 76% səs toplamışdı. 2008 və 2013-cü illərdə isə İlham Əliyev müvafiq olaraq, 89 və 85%-lə prezident seçilib.

Azərbaycan xalqı 2016-cı ilin sentyabrında keçirilmiş referendumda prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılmasına səs verib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Xinhua


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az