20.07.2018 18:08
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Azərbaycanlıların 86%-i İlham Əliyevə səs verdi

 
 



THE JERUSALEM POST, İsrail
12.04.2018


Müəllif: Arye Qut

Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri açıqlanıb. Mərkəzi Seçki Komissyasının (MSK) sədri Məzahir Pənahov bəyan edib ki, seçkidə ölkənin hazırkı başçısı, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev 86,09% səs toplayıb. Artıq dünən 3675 seçki məntəqəsində səslər hesablanmışdı.

5,314,365 nəfərin səsvermə hüququna malik olduğu Azərbaycanda seçicilərin 50,78%-i qadın, 49,22%-i kişidir. Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində təşkil edilib. Məntəqlərinin 215-i müvəqqəti xarakterli olub. 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçki günü prosesi MSK-nın saytından canlı izləmək də mümkün idi. Səsvermənin gedişini 61 təşkilatı, həmçinin 59 ölkəni təmsil edən 894 beynəlxalq və 58 min 175 yerli müşahidəçi izləyib.

Mən də ilk dəfə idi ki, beynəlxalq müşahidəçi kimi,  Azərbaycanda keçirilən prezident seçkisini izləyirdim. Fikrimcə, bu seçki ölkədə yeni islahatların və uğurların başlanğıcı olacaq. Onun beynəlxalq norma və qaydalara tam uyğun, yüksək səviyyədə təşkil olunduğunu söyləyə bilərəm. Ümumiyyətlə, Azərbaycan qanunlara qüsursuz əməl olunması üçün hər şey edir. Odur ki, bu seçkinin Azərbaycan xalqının iradəsini əks etdirdiyinə inanıram. Azərbaycanlılar hansı namizədin prezidentliyə layiq olduğunu yaxşı bilir.

Seçki açıq və şəffaf keçib. Prosesi izləyənlər arasında İsraildən gəlmiş 9 nümayəndə də var idi: Knesset üzvləri, eks-nazirlər və İsrail Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri.

Bu seçki Azərbaycanın yaxın gələcəkdə daha da demokratik ölkə olması istiqamətdində növbəti addım idi.

İ.Əliyev əksəriyyəti şiə müsəlmanı olan 10 milyonluq ölkəni Qərblə yaxınlaşdırıb. Eyni zamanda, o, enerji və təhülkəsizlik sahəsində ölkənin maraqlarının qorunmasına, Rusiyanın strateji Xəzər dənizi hövzəsində təsirinin balaslaşdırılmasına yardım göstərir. İ.Əliyevin milli maraqlara əsaslanan müstəqil siyasəti ölkə diplomatiyasının və balanslaşdırılmış xarici siyasətin təməlidir. Azərbaycanın müstəqil xarici siyasəti ilk növbədə digər ölkələrlə bərabərhüquqlu münasibətlərin qurulmasına istiqamətlənib.

Bakı heç bir hərbi bloka daxil deyil. O, bütün ölkələrlə səmərəli əməkdaşlığa can atır. Bu gün heç bir dövlət onunla sərt dildə danışa bilmir, xarici tərəfdaşlarla əməkdaşlıq sırf qarşılıqlı maraqlara əsaslanır. İ.Əliyevin çoxşaxəli balanslaşdırılmış diplomatiyası sayəsində Azərbaycan beynəlxalq siyasi arenada da öz layiqli yerini tutub. O, istər coğrafi mövqeyinə, istərsə də iqtisadi və müdafiə qabiliyyətinə görə Qafqazın ən mühüm ölkələrindən biridir. Azərbaycan prezidentinin xarici siyasətinin aydın və təxminedilən olduğu danılmaz faktdır.

Bir sözlə, Azərbaycan bütün ölkələrlə səmərəli ikitərəfli əməkdaşlıq qurmağın tərəfdarıdır. Bu əlaqələr qarşılıqlı maraqlara, hörmətə, ümumi dəyərlərə, bir-birinin daxili işlərinə qarışmamaq anlayışına və əməkdaşlıq ruhuna əsaslanmalıdır. Bu yanaşma artıq müsbət nəticələrini verir və özünü doğruldub. Azərbaycan sırf müstəqil xarici siyasət yürüdür.

Bütün bunlarla yanaşı, bu gün Avrasiyanın heç bir ölkəsinin İsraillə Azərbaycan qədər sıx əlaqələri yoxdur. İki dövlət arasında diplomatik münasibətlərinin 26 illik tarixi ərzində yəhudi dövlətilə müsəlmanların çoxluq təşkil etdiyi Azərbaycan arasında strateji münasibətlərin zəruriliyi təsdiqini tapıb. Dost dövlətlərimiz həqiqətən etibarlı strateji tərəfdaşlar kimi, qarşılıqlı fəaliyyət göstərir. Faktiki olaraq, azərbaycanlılarla yəhudilər nəinki dinc, yanaşı yaşamağı, həm də əsl dost olmağı, münasibətləri inkişaf etdirməyi və möhkəmləndirməyi bacarır.

Mən bir İsrail vətəndaşı kimi, fəxrlə deyə bilərəm ki, Azərbaycan prezidenti İlham Əliyev müasir Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan yəhudi icmasına böyük hörmətlə və diqqətlə yanaşır. Dövlət başçısı İlham Əliyevin himayəsi ilə bu ölkədə iki sinaqoq və Cənubi Qafqazın ən böyük yəhudi təhsil mərkəzi inşa edilib. Burada yəhudi muzeyinin yaradılması da planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq.

Ölkənin ən böyük problemlərindən biri Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsidir. 25 ildən çoxdur bu iki ölkə “nə hərb, nə sülh” şəraitində yaşayır. Onlar 1994-cü ildə atəşkəs müqaviləsi imzalayıblar. Lakin bütün bu illər ərzində beynəlxalq ictimaiyyətin müxtəlif cəhdlərinə baxmayaraq, problemi həll etmək mümkün olmaylb. İndi, danışıqlar prosesi daha fəal gedir. O, daha perspektivlidi və artıq müəyyən nəticələr də əldə olunub. Lakin bu, münaqişənin həlli üçün kifayət deyil. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Bakının enerji siyasəti Heydər Əliyev tərəfindən formalaşdırılıb. O, hazırkı dövlət başçısı tərəfindən daha da gücləndirilib. İ.Əliyevin siyasəti ölkənin milli maraqlarının təmin edilməsinə yönəlib. Bu strategiya Azərbaycana müxtəlif regional və qlobal layihələrdə aparıcı rol oynamağa yardım göstərib. Bu gün o, enerji təhlükəsizliyi sahəsində davamlı tərəfdaşdır. Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır.   

Hətta İsrail belə, Azərbaycan neftinin əsas alıcılarındandır. Bu gün İsrailin Bakı ilə daha sıx əlaqələr yaratması üçün bir neçə vacib səbəb var. Məsələn, İsraildə istehlak olunan neftin xeyli hissəsi (təxminən 65%-i) Azərbaycandan, yaxud bu ölkədən keçən Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə tədarük olunur. Bununla yanaşı, o, Avropa və ümumilikdə Qərb bazarlarının enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır.

Azərbaycan təkcə regionun enerji və nəqliyyat sektorunda mərkəzi halqa deyil. O, həm də böyük həcmdə neft və qaz hasilatçısıdır. Beləliklə, Azərbaycan Avropa üçün Rusiyanın, İranın, həmçinin OPEC üzvlərinin alternatividir.

Bakı-Tbilisi-Ceyhan (ABŞ-ın Alyaska kəmərindən sonra dünyada ikinci ən böyük neft kəməri) kimi Azərbaycan kəmərləri Xəzər dənizinin neftini Gürcüstan vasitəsilə Aralıq dənizinə nəql edir. Bu boru xətti Türkiyənin Ceyhan limanınadək uzanır.

Prezident İlham Əliyev artıq dünən xalqa ünvanladığı müraciətdə ona göstərilən etimada görə hər kəsə minnətdarlığını bildirib.

“Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik”, - deyə İ.Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan dövləti heç vaxt bugünkü qədər güclü olmayıb: “Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik. Yeni qələbələrə doğru irəli!”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az