25.09.2018 19:56
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Vankuver Bakıdan nə öyrənə bilər? - FOTO
 
25.09.2018
VANCOUVER COURIER, Kanada
 

  Bakı ilə Kointrin arasında hava əlaqəsi yaradılır
 
25.09.2018
Tribune de Genève, İsveçrə
 

  Bakı: 100 il öncə gerçəkləşmiş arzunun hekayəsi
 
24.09.2018
Əl-Əhram, Misir
 

  Azərbaycan dünyaya Bakının 1918-ci ildə azad edildiyini xatırladır
 
24.09.2018
The London Post, Böyük Britaniya
 

  “Azərbaycan Hava Yolları” şəbəkəsini genişləndirir
 
24.09.2018
Air Journal, Fransa
 

 
 
Azərbaycandakı seçki: sabitliyin təsdiqi

 
 



The Washington Times, ABŞ
16.04.2018


Müəllif: S.Rob Sobhani

Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkisindən sonra bəzi mətbu orqanlar İlham Əliyevin ünvanına tənqidi məqalələr dərc edib.

İdeal olmasa da, böyük uğurlar əldə etmiş ölkənin nailiyyətləri haqda danışmaq əvəzinə, əsas diqqəti insan haqlarının pozulmasına dair mənfi hekayələrə yönəldərək, ölkənin mütərəqqi və dünyəvi liderinin tənqidi bu məğrur xalqa münasibətdə ədalətli yanaşma deyil. 

İlk dəfə Azərbaycana 1990-cı ilin noyabrında Corctaun Universitetinin akademik köməkçisi kimi səfər etmişdim – o zaman dünya ictimaiyyətinin əsas diqqəti İraqın Küveyti işğal etməsinə yönəlmişdi. O dövrdən 27 il keçir və indi çox şey dəyişib. Mənə isə dirçələn Rusiya ilə aqressiv İran arasında yerləşən, strateji cəhətdən mühüm əhəmiyyətə, zəngin mədəniyyətə malik olan Azərbaycanın inkişafına bilavasitə şahidlik etmək xoşbəxtliyi nəsib olub.   

1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycanın yaxşı idarə olunduğu haqda məlumatlara bəzi KİV-də rast gəlinsə də, bir çox media orqanı bu haqda susmağa üstünlük verir. Məsələn, Sovet İttifaqından müstəqillik əldə etməsindən (həmin dövrdə səhiyyə sistemi tamamilə dağılmışdı) keçən dövr ərzində Azərbaycan əhalisinin orta ömür uzunluğu 64 yaşdan 71 yaşa qədər artıb.

Mənim bu ölkəyə ilk səfərim zamanı onun ümumdaxili məhsulu 8,7 milyard dollar təşkil edirdi. 2014-cü ildə isə bu göstərici ən yüksək həddə – 75,2 milyard dollara çatıb. Hazırda Azərbaycanın ümumdaxili məhsulunun həcmi 37,8 milyard dollar təşkil edir. Ölkənin sabit iqtisadi inkişafı sadə azərbaycanlıların həyat tərzinin yaxşılaşdığını göstərir. Dünya Bankının hesabatına görə, Azərbaycanda yoxsulluq səviyyəsi 49,6%-dən 6%-dək azalıb. Yoxsulluq səviyyəsi aşağı düşdüyünə görə alıcılıq qabiliyyəti artan və tədricən orta təbəqəyə çevrilən azərbaycanlıların sayı da çoxalır. Prezident Əliyev açıq bildirir ki, əsas məqsədi ölkədə orta təbəqənin genişlənməsidir.

Azərbaycan dövləti siyasi və iqtisadi sabitlik olmadan vətəndaşlarının rifahını yüksəldə bilməzdi. Doğrudan da, söhbət etdiyim hər bir azərbaycanlı ən vacib amil kimi sabitliyi göstərir. Bu məqamın özü İ.Əliyevin aprelin 11-də keçirilmiş şəffaf prezident seçkisində səslərin 80%-dən artığını necə qazandığına cavabdır. Azərbaycanlılar həm Rusiya, həm də İranın hədəfində olan ölkələrinin sabit və müstəqil qalmasını istəyir. Həm ölkənin eks-prezidenti Heydər Əliyev, həm də onun oğlu İlham Əliyev xalqın bu arzusunu gerçəkləşdiriblər.

Təəssüf ki, bəzi media orqanları ABŞ-Azərbaycan əlaqələrinin qlobal təhlükəsizlik üçün vacib rol oynayan iki aspektinə toxunmur: terrorçuluqla qlobal mübarizə və enerji təhlükəsizliyi. ABŞ hökumətinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycan terrorçuluğa qarşı mübarizədə ABŞ-la əməkdaşlığı gücləndirərək, Qafqaz bölgəsindən insan, pul və material keçirməyə cəhd göstərən terror təşkilatlarına qarşı aktiv tədbirlər görüb.

Azərbaycan enerji təhlükəsizliyi sahəsində Qərbin etibarlı tərəfdaşıdır. Faktiki olaraq, Bakı ilə Vaşinqton eyni hədəfi bölüşür: Xəzər dənizi hövzəsində yerləşən enerji resurslarının fasiləsiz kəşfiyyatı, hasilatı və Qərb ölkələrindəki istehlakçılara nəqli. Bu, Rusiya prezidentinin mövqeyi ilə ciddi ziddiyyət təşkil edir. Rusiya dövlət başçısı Moskvaya tabe olmayan ölkələri ram etmək məqsədilə indiyədək enerji resurslarından siyasi silah kimi istifadə etməkdən çəkinməyib.

Bəzi solyönümlü media orqanları Azərbaycan hökumətinin hədəfində olan bir sıra jurnalist və bloqerlər haqda ayrı-ayrı məsələləri işıqlandırır. Lakin onlar Azərbaycandakı dini tolerantlıqdan, demək olar ki,  bəhs etmirlər.

İnsanların azad şəkildə öz inanclarına ibadət etməsi və hökumətin bu məsələyə müdaxilə etməməsi Azərbaycan mədəniyyətin əsas xüsusiyyətidir. Bu ölkənin cənubunda yerləşən İranda bəhailər incidilir, təqib olunur və öldürülür. Azərbaycanda isə vəziyyət tam fərqlidir.

Ramazan Əsgərli (Bəhai İcmasının İctimai Əlaqələr Ofisinin koordinatoru – WM) ilə söhbətim zamanı, o qeyd etdi ki, Azərbaycanda bəhailərin öz inanclarına ibadət etməsinə hörmətlə yanaşılır. Bu məqam Amerika mediası tərəfindən təriflənməlidir, inkar edilməməlidir.

Azərbaycanı ittiham edən ABŞ media orqanları, qlobal istiləşmə ilə bağlı problemin həllinə fəal şəkildə dəstək verirlər. Bəlkə də bir çox oxucumuz təəccüblənəcək, amma məsələ ondadır ki, bu məsələdə Azərbaycan da aktiv mövqe tutub. Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva hesab edir ki, hazırda bir çox alimlər karbon qazının azaldılması üçün müxtəlif yollar axtardığı bir vaxtda, ağacların əkilməsi üzrə qlobal kampaniya çox yaxşı çıxış yolu olardı.

Yel Universitetinin professoru Tomas Krouterin sözlərinə görə, “ağaclar Yer kürəsinin ən mühüm orqanizmləri arasındadır. Onlar böyük miqdarda karbon qazı saxlayır”.

Bəli, Azərbaycan ideal ölkə deyil. Bu ölkənin Moskvadan müstəqil əldə etməsindən cəmi 26 il keçir və Azərbaycanın qarşısında korrupsiya, insan haqlarının pozulmasına dair ayrı-ayrı epizodlarla bağlı – xüsusilə də, rejimi tənqid edən jurnalistlərə qarşı – bir sıra problemlər qalır.

Lakin müstəqillik qazandıqdan sonra bu qürurlu dövlətin əldə etdiyi irəliləyiş əvəzinə, fərdi hallara diqqətin yönəldilməsi nə Azərbaycan xalqına, nə də  amerikan xalqının özünün daimi müttəfiqinə qarşı düzgün mövqeyinin formalaşmasına ədalətli yanaşmadır.

Prezident Əliyev yenidən seçilməsi münasibətilə təbrik edilməlidir, çünki  o, iqtisadi artıma, siyasi sabitliyə və ölkəsindəki dini tolerantlığa görə ABŞ-ın tərifinə layiqdir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Washington Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az