16.02.2019 04:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana səfər
 
14.02.2019
THE NEWS, Pakistan
 

  İran-Azərbaycan: yaxın qonşular və regional müttəfiqlər
 
13.02.2019
IRNA, İran
 

  “Azərbaycan ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb”
 
12.02.2019
Aysor.am, Ermənistan
 

  Azərbaycanın Cibutidəki səfiri Elman Abdullayev ilə - MÜSAHİBƏ
 
12.02.2019
La Nation, Cibuti
 

  Paşinyanla Əliyev Moskvanın məqsədini anlamağa çalışırlar
 
11.02.2019
1in.am, Ermənistan
 

 
 
Eurovision-2018: Yenidən finala yüksəlmək istəyən Azərbaycan Ayselə güvənir

 
 



20 minutes, Fransa
18.04.2018


O, kimdir? Ayselin 28 yaşı var. Ölkəsini 2018-ci ildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində təmsil etmək üçün Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş bu ifaçı seçilib.

Onun müsabiqədə ifa edəcəyi X My Heart” mahnısının nəqarətində deyilir: “Mən söz verirəm, mən alovlanan divarları yıxaram. Mən söz verirəm, top mərmilərindən daha güclüyəm. Mən heç vaxt dayanmayacağam. Luna, məni Aya, zirvələrə apar və mən heç vaxt dayanmayacağam”.

Azərbaycan mayın 8-də keçiriləcək və France 4 kanalı ilə yayımlanacaq birinci yarımfinalda çıxış edəcək. Əgər Aysel növbəti mərhələyə keçərsə, mayın 12-də keçiriləcək finalda bir daha səhnəyə çıxacaq.

Bunları bilmək lazımdır: Azərbaycan dilində Aysel sözünün mənası “Aya aparan yol” deməkdir.

Fanatlardan biri deyir: “Mən bu mahnını həqiqətən sevirəm! Bu, “Eurovision-2018”də mənim zövqümü oxşayacaq. Mahnının sözləri çox mükəmməl olmasa da, onu dinləmək mənə sevinc bəxş edir” (şərh “YouTube”dan götürülüb).

Digər fanat: “Bilirəm ki, o, top mərmisindən daha güclü olduğunu deyir. Amma mahnını dinləyən zaman məndə elə təəssürat yaranır ki, o, dəvədən güclü olduğunu deyir”. (şərh “YouTube”dan götürülüb).

Müsabiqəyə ilk dəfə 2008-ci ildə qatılmış Azərbaycan bütün yarışlarda final mərhələsinə vəsiqə qazanmağı bacarıb. 2011-ci ildə isə o, yarışın qalibi olub.

Bəs bu ssenari bu il də təkrarlanacaqmı? Bunu tam əminliklə söyləmək çətindir. Çünki Aysel mahnı bayramının açılışında – mayın 8-də keçiriləcək yarımfinalda səhnəyə çıxan ilk ifaçı olacaq. Bu isə çoxsaylı digər favoritlərə – İsrailə, Çexiyaya, Bolqarıstana, Estoniyaya və başqalarına daha geniş meydan açacaq. Bununla yanaşı, unutmayaq ki, “X My Heart” yüksək templi mahnıdır və televiziya tamaşaçıları kütləvi şəkildə ona səs verə bilər.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: 20 minutes


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az