22.09.2018 08:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
İlham Əliyev – İslam dünyasının fenomeni

 
 



Moderndiplomacy, Aİ
23.04.2018


Müəllif: Eldost İbrahimov

XX əsrin sonu, XXI əsrin əvvəllərində beynəlxalq siyasət mürəkkəbliyi və müxtəlifliyilə seçilir. XX əsrdə 2 dəfə müstəqilliyini elan etmiş Azərbaycanın qloballaşma, beynəlxalq inteqrasiya və sosial ziddiyyətlər fonunda öz müstəqilliyini qoruyub saxlaması çox vacibdir. Odur ki, belə mürəkkəb şəraitdə görkəmli siyasətçi, dövlət xadimi, dünyaca məşhur olan, böyük hörmətə malik İlham Əliyevin belə məsuliyyətli missiyaya sadiqliyini, onu uğurla həyata keçirməsini Azərbaycanın müasir tarixinin qızıl əsri kimi xarakterizə etmək olar.

İ.Əliyevin dövlət başçısı postunu tutduqdan bəri yürütdüyü uğurlu xarici siyasət ölkənin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyanın bütün dövlətlərilə normal münasibətlər qurub. Müsəlman dünyası ilə də yaxşı münasibətlər quran bu ölkə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İslam dünyasının maraqlarını qoruyur, bu dövlətlərlə əməkdaşlığı beynəlxalq hüququn tələblərinə uyğun olaraq davam etdirir. Bu baxımdan, dünyada islam həmrəyliyinin gücləndirilməsi ölkənin xarici siyasətinin prioritetlərindəndir. Məhz bunun nəticəsidir ki, İ.Əliyev 2017-ci il yanvarın 10-da imzaladığı sərəncamla, həmin ili “İslam həmrəyliyi ili” elan etmişdi. Bu, həm də Azərbaycanın müsəlman ölkələrinin birliyinə həssas münasibətinin nümunəsi idi. İslam həmrəyliyi təkcə müsəlman ölkələrinin həmrəyliyi deyil. Bu, dini mənsubiyyətindən asılı olmayaraq, insanların dostluq, qardaşlıq, multikulturalizm şəraitində yaşaya bilməsinə çağırışdır.

Yaxın Şərqdə məhz məzhəb və vətəndaş müharibələri nəticəsində sosial-siyasi gərginliklər yaşanır. Bu da müsəlman ölkələrinin həmrəyliyə ehtiyac duyduğunun göstəricisidir. Dünyada ziddiyyətli siyasi proseslərin getdikcə artması, bir-birilə müharibə aparan ölkələrin daha da çoxalması, dini ziddiyyətlərin güclənməsi və müsəlmanlara qarşı mənfi rəyin dərinləşməsi insanlar, dövlətlər, xalqlar arasında həmrəyliyin möhkəmlənməsinə ehtiyac olduğunu təsdiqləyir. “İslam terroru” haqda mifin, islamafobiya təhlükəsinin, müsəlman ölkələrində zorakılığın artmasının əsas səbəblərindən biri də məhz bu dövlətlər arasında həmrəyliyin olmamasıdır. Etiqad müxtəlifliyi, maraqlar və mövqelərdə ziddiyyətlər və s. nəticəsində fikir ayrılıqları, bəzən isə ciddi qarşıdurmalar yaranır, islam dini və onun müqəddəs dəyərləri islamafoblar tərəfindən təhqir edilir, islama qarşı olan şəxslərin zəhərli təbliğatına məruz qalır. Son illərdə müsəlman ölkələrində, xüsusilə, İraq, Bəhreyn, Yəmən və Suriyada baş verən qanlı hadisələr bunun təsdiqidir. İraqda, Suriyada müharibələr, daimi toqquşmalar nəticəsində Şərq mədəniyyətinin beşiyi olan şəhərlər – Bağdad, Dəməşq, Hələb, Kərkük, Bəsrə və s. ciddi dağıntılara məruz qalıb, bu şəhərlərdə islam irsinə aid abidələr məhv edilib. Üstəlik, Qərb mediasında zaman-zaman Məhəmməd Peyğəmbərin karikaturaları çəkilir, Qərb ölkələrində məscidlər və müqəddəs Quran kitabı yandırılır. Lakin Qərb dünyasının rəsmiləri nəinki bu hadisələri qınamır, əksinə, onu törədənləri müdafiə edir, onların bu hərəkətlərini yüksək qiymətləndirir və bu insanlara hörmət göstərir.

Azərbaycanda “İslam həmrəyliyi ili”nin elan edilməsinin əsas hədəfi müsəlman aləminin birliyini möhkəmləndirmək, islamın sülh və mədəniyyət dini olduğunu nümayiş etdirmək olub. Bu hədəfə çatmaq üçün, dövlət başçısı İlham Əliyevin də dediyi kimi, ilk növbədə müxtəlif təriqətlər arasında sülhün yaradılmasına ehtiyac var. Təriqətlərarası ziddiyyətlər tarix boyu islam dininə ziyan vurub.

Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi Qərbə də çağırış idi. Məsələ ondadır ki, Qərb ölkələrinin islam dünyasına hücumları ildən-ilə artır. Onlar XXI əsrdə islama qarşı sanki yeni səlib yürüşünə başlayıb...

Azərbaycanın bu addımı həm də, müsəlman ölkələrinə çağırış idi. Yəni müsəlman ölkələri Qərb dövlətlərinin məkirli niyyətlərinə qarşı ayıq olmalı, həmrəylik nümayiş etdirməlidir. İ.Əliyev bu vacib addımla Azərbaycan dövlətinin, həmçinin şəxsən özünün mövqeyini dünyaya nümayiş etdirib.

Azərbaycan tarixi əsrlərlə ölçülən multikultural və tolerant dəyərlərinə görə hər zaman digər ölkələrdən fərqlənib. İslam həmrəyliyi də bu dəyərlərin bir hissəsidir. Bu onu göstərir ki, prezident İ.Əliyev islam dünyasındakı həmrəyliyə böyük önəm verir. Bəzi politoloqların qeyd etdiyi kimi, Azərbaycan müsəlman ölkələrinin islam dəyərləri ətrafında birləşməsi məqsədilə zaman-zaman təşəbbüslər irəli sürür. Dövlət başçısının 2007-ci ildə imzaladığı sözügedən sərəncam da həmrəy olmaq, dünyaya inteqrasiya etmək üçün vahid mövqedən çıxış etməyin əhəmiyyətini ortaya qoyub.

Azərbaycan prezidentinin 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi haqda sərəncamında deyilir: “Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, ISESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək, islam aləmilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib.

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin islam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır”.

Ancaq Azərbaycan kimi multikulturalizm və həmrəyliyin hökm sürdüyü, müxtəlif millətlər, dinlər və təriqətlərin nümayəndələrinin sülh şəraitində yaşadığı ölkə başçısının belə sərəncam verməyə mənəvi haqqı çatır. İslam həmrəyliyi təşəbbüsünün irəli sürülməsi müsəlman aləmində müxtəlif səbəblərə görə meydana gəlmiş hazırkı ziddiyyətli proseslərə çağırışlarla bağlıdır. Azərbaycanın islam aləmindəki nüfuzunun əhəmiyyəti, islam ölkələri arasında həmrəyliyin gücləndirilməsinə ehtiyac, İslam Həmrəyliyi Oyunlarının ölkə paytaxtı Bakıda keçirilməsi də sərəncamda geniş qeyd olunub.

Rəsmi Bakının müsəlman aləminin birləşdirilməsi məqsədilə yürütdüyü siyasəti bir daha təsdiqləyir ki, dini dəyərlər həqiqətən də, humanist və mənəvi dəyərlərdir. Bu dəyərlər nəinki islam aləmində, həm də bütün dünyada sabitliyin və normal həyat şəraitinin yaradılması üçün effektli vasitədir.

Qərblə Şərq arasında mədəni, ideyalarla əsaslanan əlaqələr yaratmış Azərbaycan bir növ həmrəylik körpüsü funksiyasını yerinə yetirir. Bununla yanaşı, o, ümumi dəyərlərə, həmçinin islamın ali dəyərlərinə bağlılığını nümayiş etdirir. İslamın hər zaman xüsusi yerə malik olmuş ali dəyərləri bu gün də çox qiymətlidir.

Beləliklə, Azərbaycan qloballaşan dünyada davamlı sabitliyin yaradılması üçün bütün vasitələrdən istifadə edir. O, böyük ehtiyacın duyulduğu sülhməramlı, barışdırıcı mövqeni təbliğ edir.

Hesab edirəm ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin bu humanist təşəbbüsü müsəlman ölkələri arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək, islam həmrəyliyini daha da gücləndirəcək. İslam həmrəyliyinin güclənməsi öz növbəsində, Yaxın Şərq və digər regionlarda sülhün və sabitliyin təmin edilməsində vacib rol oynayacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moderndiplomacy


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az