19.08.2018 12:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qəbələ: Azərbaycanın dağların əhatəsindəki yaşıl cənnəti - FOTO
 
17.08.2018
Səma əl-İxbariyyə, Fələstin
 

  Bakıya uşaqlarla səyahət... Ailə üçün ən yaxşı turizm məkanları
 
17.08.2018
Əl-Anbat, İordaniya
 

  Tehran-Bakı əlaqələrində böyük dəyişikliklər var
 
14.08.2018
IRNA, İran
 

  Xəzər dənizilə bağlı tarixi anlaşma
 
14.08.2018
Le Monde, Fransa
 

  Azərbaycanın “neft iqtisadiyyatı”ndan xilas olmaq səyləri
 
12.08.2018
IRNA, İran
 

 
 
Ermənistanda Qarabağ ermənilərinin mövqeyi zəifləyir

 
 



ANAJ, İran
26.04.2018


Ermənistan hakimiyyətində Qərbyönümlü qüvvələrin möhkəmlənməsi bu ölkəni Qərb və ABŞ-la yaxınlaşdıracaq.

Ermənistanın dövlət başçısı Serj Sarqsyan ikinci prezidentlik müddətinin başa çatması ilə əlaqədar referendum təşkil etmiş, ölkəni parlament üsul-idarəsinə keçirmişdi. Bununla o, hakimiyyətdə qalmağı, ölkəyə bu dəfə baş nazir kimi rəhbərlik etməyi düşünürdü. Xarici müşahidəçilərin kütləvi saxtakarlıq hallarının baş verdiyini elan etdiyi referendum nəticəsində prezidentin səlahiyyətləri azaldılmış, o, formal bir vəzifəyə çevirmişdi. Daha sonra Sarqsyan Armen Sarqsyana dəstək verməklə, onun prezidentliyə namizədliyini parlamentə təqdim etmişdi. Amma...

Ermənistanda baş nazir postunun hakim Respublika Partiyası tərəfindən tutulması ölkədə etirazlara yol açdı. Aprelin 13-dən etibarən kütləvi etirazlar  yeni mərhələyə qədəm qoydu və küçə yürüşləri başladı.

Nümayişlərə liderlik edən “Yelk” parlament fraksiyasının rəhbəri, deputat Nikol Paşinyan xalqın yeganə tələbinin Sarqsyanın baş nazir postundan istefa verməsi olduğunu bildirdi. Ermənistanın yeni prezidenti Armen Sarqsyan və artıq baş nazir olan Serj Sarqyan müxalifət liderilə qısa görüşlər keçirsələr də, tərəflər arasında razılıq əldə olunmadı. Nəticədə müxalifət lideri etirazların onuncu günündə Yerevanın “Marriott” mehmanxanasında baş nazirlə görüşdən çıxar-çıxmaz həbs edildi. Onunla birlikdə müxalifətə qoşulmuş 2 deputat da saxlanıldı. Aprelin 24-də, yəni etirazların 11-ci günündə həbs olunanların sayı 277-yə çatdı. Nəticədə Avropa İttifaqı və ABŞ-ın Yerevandakı səfirliyi eyni vaxtda bəyanat yayaraq, müxalifət nümayəndələrinin qeyd-şərtsiz azad olunmasını, Ermənistan polisinin zorakılıqdan çəkinməsini tələb etdi.

Nəhayət, ordunun da nümayişçilərə qoşulması və hakimiyyətdəki Qarabağ klanına təzyiqlərin artması nəticəsində Sarqsyan baş nazir postundan istefa verdi, müxalifət liderisə həbsdən azad edildi.

Serj Sarqsyan Kremlə yaxın, Rusiya prezidenti Vladimir Putinin dəstəklədiyi qüvvələrdən sayılırdı. Etirazlara rəhbərlik edənlərsə Qərbin dəstəklədiyi demokratik qüvvələrdir. O, son parlament seçkisi zamanı kütləvi saxtakarlıq nəticəsində qanunverici orqanda gözlənildiyi qədər yer qazana bilməyib.

Ermənistandakı etirazçı qüvvələr Sarqsyanın zülmünə qarşı çıxmaqla yanaşı, iqtisadi vəziyyətə, miqrasiyanın və işsizliyin artmasına, Sarqsyanın başçılığı altında Ermənistan hakimiyyətindəki Qarabağ klanının siyasəti nəticəsində yaranmış sosial ədalətsizliyə də etiraz edir. Sarqsyan bu siyasətini, eyni zamanda Azərbaycan ərazilərinin işğalını davam etməklə, ölkəni uçuruma sürükləyib. Məhz bunun nəticəsində Ermənistan Cənubi Qafqazın sanki passiv bir adasına çevrilib.

Sarqsyanın istefası, ölkənin bütün imkanlarını Qarabağın işğalını uzatmağa sərf edən hakin Qarabağ klanına təzyiqlərin artması vəziyyətin qismən də olsa, Azərbaycanın xeyrinə dəyişməsilə nəticələnə bilər. Hadisələrin inkişafı, Ermənistan hakimiyyətində Qərbyönümlü qüvvələrin möhkəmlənməsi Yerevanı Qərb və ABŞ-la yaxınlaşdıracaq. Bu zaman Azərbaycan ehtiyatlı davranaraq, Qarabağ məsələsinə birbaşa təsir imkanları olan 3 region ölkəsi – Rusiya, Türkiyə və İranla daha da yaxınlaşmağa çalışa bilər. Əslində bu proses 2 ildir gedir. Üçtərəfli regional görüşlər, o cümlədən Rusiya-İran-Azərbaycan, Rusiya-Türkiyə-Azərbaycan, İran-Türkiyə-Azərbaycan və hətta Türkiyə-Gürcüstan-Azərbaycan əməkdaşlığı, eləcə də Azərbaycanın əsas rol oynadığı, İran, Rusiya və Türkiyə ilə birgə həyata keçirilən iqtisadi layihələr Bakının bölgədə fəal, dinamik və praqmatik diplomatiya yürütdüyünü göstərir. Bununla Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsir imkanları olan qüvvələrə daha da yaxınlaşır. Bu gün Ermənistanın iqtisadi və artıq həm də siyasi böhranla üz-üzə qalması ilə Bakı Dağlıq Qarabağla bağlı prosesləri öz xeyrinə dəyişəcək.

Gözləmək, Ermənistanda Sarqsyanın istefasından sonra yaşanacaq dəyişiklikləri müşahidə etmək lazımdır. Bu gün bir şey aydındır: Ermənistanın iqtisadi vəziyyəti və siyasi təcridi yalnız bir istefa ilə düzəlməyəcək.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az