10.12.2018 07:24
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Türkiyə, Rusiya, Azərbaycan və İran İKT sahəsində birgə layihə həyata keçirəcək
 
06.12.2018
Actualite-news.com, Fransa
 

  Türkiyə-Azərbaycan-Rusiya-İran əməkdaşlığı
 
06.12.2018
Yeni Akit, Türkiyə
 

  Azərbaycan xalçaları: insanı hipnoz edən nümunələr, zərif çalarlar - FOTO
 
05.12.2018
The Korea Herald, Cənubi Koreya
 

  Qarabağ münaqişəsinin həllində vasitəçilik edən fövqəldövlətlərin Bakıda yaratdığı məyusluq
 
05.12.2018
IRNA, İran
 

  “Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməyə hazırdır”
 
04.12.2018
EurActiv, Aİ
 

 
 
BP şirkəti Azərbaycan sahillərində yeni blokun kəşfiyyat işlərini aparacaq

 
 



CONNAISSANCES des ENERGIES, Fransa
27.04.2018


Böyük Britaniyanın nəhəng neft şirkəti olan BP Azərbaycanın milli neft şirkəti SOCAR ilə bu ölkədə yeni neft yataqları blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə yeni saziş imzalayıb.

Şirkətin mətbuata açıqlamasında deyilir ki, cümə axşamı imzalanmış və 25 il üçün nəzirdə tutulan sazişə əsasən, BP yataqlar blokunun kəşfiyyatı mərhələsində operator olacaq. O, 50%-lik payla işləyəcək. Digər 50%-i SOCAR idarə edəcək. Kəşfiyyat işlərinin nəzərdə tutulduğu zonanın sahəsi 3200 kvadrat kilometrdir. O, Bakıdan 135 kilometr şimal-şərqdə, Xəzər dənizində yerləşir.

Açıqlamada bildirilir ki, bu zona hələ öyrənilməyib və bu üzdən BP dənizin altında olan potensial qaz və ya neft resursları haqda məlumat vermir.

Londonda keçirilən imzalanma mərasimi zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, bu saziş BP şirkətilə uzunmüddətli və səmərəli əməkdaşlığın davamıdır.

Xatırladaq ki, BP 2017-ci ilin sentyabrında Azərbaycanla nəhəng neft sazişinin müddətini 2050-ci ilədək uzadıb. Tərəflər arasında daha əvvəl – 1994-cü ildə imzalanmış saziş 2012-ci ildə prezidenti Əliyev tərəfindən tənqid edilmişdi. Saziş dərinsulu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsini nəzərdə tutur. Burada hasilat işlərinə 1997-ci ildə başlanılıb. İndiyədək oradan təqribən 3,3 milyard barel neft hasil edilib.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CONNAISSANCES des ENERGIES


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az