22.09.2018 08:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Türkiyə-Azərbaycan: iqtisadi mübadilədə milli valyuta

 
 



Actualite-news.com, Fransa
27.04.2018


Müəllif: Ayvaz Çolakoğlu

Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri çərçivəsində iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla milli valyutalara əsaslanan iqtisadi mübadilə üçün maliyyələşdirmə layihəsinin tezliklə həyata keçirilməsini arzulayıb.

İki prezident danışıqlardan sonra Ankaradakı Prezident İqamətgahında birgə mətbuat konfransı keçiriblər. Ərdoğan azərbaycanlı həmkarını qəbul etməkdən məmnun olduğunu deyib, Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkisindən sonra ilk xarici səfərini Türkiyəyə etdiyi üçün Əliyevə təşəkkürünü bildirib.

“Mən də prezident seçildikdən sonra ilk xarici səfərimi Azərbaycana etmişdim. Bunun ənənə halı alması aramızdakı qardaşlıq əlaqələrinin ən gözəl, ən konkret nümunəsidir”, - deyə o, vurğulayıb.

İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası da keçirilib.

Ərdoğan birgə layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötən il oktyabrın 30-da istifadəyə verildiyini xatırladaraq deyib: “Gələcək üçün yeni layihələrimiz var və onları da həyata keçirəcəyik. Təbii ki, bunlardan ən mühümü iqtisadi mübadilə sahəsində milli valyutaya keçidimiz olacaq”.

Ermənistanla Azərbaycanı qarşı-qarıya qoymuş, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən də söz açan Ərdoğan problemin tezliklə beynəlxalq hüququn normaları çərçivəsində həllini arzuladığını söyləyib. “Biz Dağlıq Qarabağ məsələsini lap əvvəllərdən öz problemimiz kimi qəbul etmişik. Bu münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində təcili həlli ən böyük arzumuzdur”, - deyə Rəcəb Tayyib Ərdoğan ildirib.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Actualite-news.com


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az