20.07.2018 18:32
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Bakının Qarabağı qaytarmaq şansı kəskin şəkildə artır

 
 



Arqumentı nedeli, Rusiya
01.05.2018


Ermənistanda vəziyyət hakimiyyətin nəzarətindən çıxıb. Artıq bir müddətdir davam edən qarışıqlıq təkcə Yerevanı deyil, bütün ölkəni bürüyüb. Etiraz edənlər parlamentin seçdiyi baş nazir Serj Sarqsyanın istefasına nail olub. Dekabrın 23-də isə narazı kütləyə yüzlərlə erməni hərbçi də qoşulub ki, bu da analitiklərin fikrincə, ölkənin parçalanması təhlükəsi yaradır. Ən vacibi isə, yaşananlar Azərbaycana Dağlıq Qarabağı qaytarmaq üçün böyük şans verir.

Xatırladaq ki, SSRİ zamanında Azərbaycanın tərkibində olmuş Dağlıq Qarabağ özünün müstəqilliyini bəyan etsə də, əslində 1994-cü ilin may ayında başa çatmış qanlı müharibə nəticəsində Ermənistana birləşdirilib. O zaman Bakıda siyasi anarxiya hökm sürür, ölkədə hakimiyyət əldən-ələ keçirdi. Belə bir vəziyyətdə ermənilər birlik nümaiş etdirərək, Rusiyanın da ciddi köməyilə qələbə qazanmışdı.

İndi isə vəziyyət tam tərsinədir. Bu yaxınlarda Azərbaycanda prezident seçkisi keçirilib və İlham Əliyev şəksiz qələbə qazanıb. Bəzi daxili ziddiyyətlərə baxmayaraq, Azərbaycan vahid orqanizm kimi görünür. Üstəlik, son onilliklər ərzində Bakı öz ordusunu çox gücləndirib, Rusiya, İsrail və digər dövlətlərdən yüzlərlə və minlərlə ən yaxşı hərbi texnika alınıb.

Ermənistanın isə tam parçalandığını görürük. Hətta ölkənin ordusunda belə, birlik yoxdur. Yaşananları ölkənin Müdafiə Nazirliyi də etiraf edib. Qutum hərbçilərin mitinqdə iştirakını pisləyib. Hakimiyyət uğrunda mübarizə bir az da uzanarsa, ordu özünün müdafiə qabiliyyətini sadəcə, itirə bilər. Hərbi ekspertlərin fikrincə, bu günün özündə də Dağlıq Qarabağ separatçıları Azərbaycan ordusunun qarşısında yalnız Rusiyanın köməyilə davam gətirə bilər. Bu köməyin olub-olmayacağı isə sual altındadır. 

Məsələ ondadır ki, etirazçıların qələbəsindən sonra Ermənistanda Qərbə meylli müxalifət hakimiyyətə gələ bilər. 2014-cü ildə Ukraynada da məhz belə olmuşdu. Nəticədə Ukrayna Krımı və Donbası itirdi. Odur ki, indiki vəziyyətdə Moskva çətin ki, Yerevanın yeni hakimiyyətinə kömək etmək istəsin. Belə olarsa, yəqin ki, hər şey əksinə olacaq – Bakının indiki xarici siyasəti Rusiya üçün daha cəlbedici görünür. Ekspertlər bütün bunlardan irəli gələrək, hesab edirlər ki, mövcud vəziyyət Dağlıq Qarabağı geri qaytarmaq istəyən Azərbaycan üçün əlverişlidir.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Arqumentı nedeli


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az