22.09.2018 08:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Azərbaycanda qalib Hamilton oldu - FOTOREPORTAJ

 
 



Anadolu Ajansı, Türkiyə
02.05.2018


Müəllif: Hüseyn Burak Demirer

Formula 1-də mövsümün dördüncü yarışı olan Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasından Hamilton olub.

Formula 1 üzrə Dünya Çempionatı mövsümünün dördüncü yarışı Azərbaycanın paytaxtı Bakı şəhərlərində təşkil edilmiş 6,003 metrlik trasda 51 dairə ilə keçirilib. Azərbaycan Qran-Prisinə poul mövqeyində başlayan “Ferrari” komandasının pilotu Sebastian Fettel, həmçinin “Mercedes” və “Red Bull”dan olan pilotlar startdakı yerlərini qoruyub saxlaya biliblər.

“Ferrari” komandasından Kimi Raikkonen ilə “Force İndiadan” Esteban Okon arasında 6-cı yer uğrunda mübarizə zamanı baş verən toqquşma Okonun yarışı tərk etməsilə nəticələnib. Raikkonen isə pitə daxil olmaq məcburiyyətində qalıb. Üstəlik, toqquşma zamanı bolidlərdən qopmuş parçaları təmizləmək üçün ilk dairədə trasa girmiş təhlükəsizlik maşını oranı yalnız 6-cı dairədə tərk edib.

Vettel və komanda yoldaşı Lyuis Hamilton isə əksinə, “Mercedes” üzvü Valtteri Bottas və “Red Bull” pilotları Maks Verstappenlə Daniel Rikkardonun 40-cı dairədə keçirdikləri qəzadan yararlanıblar. Təhlükəsizlik maşınının trasa girməsilə ilk “pit-stop”unu həyata keçirən Bottas, Fettel ilə Hamiltonu qabaqlayıb.

“Haas” komandasında Roman Qrojsean da keçirdiyi qəza üzündən yarışı 47-ci dariədə yekunlaşdırıb.

Bir də 49-cu dairədə lider Bottasın bolidinin təkəri partlayıb və nəticədə liderliyi ələ keçirən Hamilton finişə Raikkonendən 2,4 saniyə əvvəl çatıb. Bununla da o, mövsümdə ilk, karyerasında isə 63-cü qələbəsini qazanıb. Fetteli geridə qoyan “Force İndia” pilotu Sercio Perez isə liderin 4 saniyə ardından 3-cü olub.

Bu nəticə ilə 70 xal qazanan Hamilton liderliyə yüksəlib. Britaniyalının ardınca 66 xalla Vettel, daha sonra isə 48 xalla Raikkonen gəlir.

Mövsümün beşinci yarışı olan İspaniya Qran-Pirisi mayın 13-də keçiriləcək.

İlk 10

Azərbaycan Qran-Pirisini ilk 10 yerdə bitirən sürücülər:

1. Lyuis Hamilton (“Mercedes”)

2. Kimi Raikkonen (“Ferrari”)

3. Sercio Perez (“Force India-Mercedes”)

4. Sebastian Vettel (“Ferrari”)

5. Karlos Sainz (“Renault”)

6. Çarles Leklers (“Alfa Romeo Sauber”)

7. Fernando Alonso (“McLaren-Renault”)

8. Lance Stroll (“Williams-Mercedes”)

9. Stoffel Vandoorne (“McLaren-Renault”)

10. Brendon Hartley (“Toro Rosso-Honda”)

Sürücülərə görə nəticə:

1. Lyuis Hamilton (Büyük Britanya): 70 xal

2. Sebastian Vettel (Almanya): 66

3. Kimi Raikkonen (Finlandiya): 48

4. Valtteri Bottas (Finlandiya): 40

5. Daniel Rikkiardo (Avustralya): 37

Komandalara görə nəticə:

1. “Ferrari”: 114

2. “Mercedes”: 110

3. “Red Bull”: 55

4. “McLaren”: 36

5. “Renault”: 35

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az