17.11.2018 17:58
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Bakı Parisi ikili standartlarda ittiham edir
 
16.11.2018
Sputnik France, Fransa
 

  Bolqarıstan qaza olan təlabatının 30%-ni Azərbaycanın hesabına ödəməyi düşünür
 
15.11.2018
SINOPECNEWS, Çin
 

  Sevinc Fətəliyeva: “Azərbaycan qadınının siyasi fəaliyyətinin 100 illik tarixi var” - MÜSAHİBƏ
 
15.11.2018
The London Post, Böyük Britaniya
 

  Çinlə Azərbaycan ticarət əlaqələrini daha da gücləndirəcək - MÜSAHİBƏ
 
14.11.2018
GLOBAL TIMES, Çin
 

  Ermənistan üçün çevrə daralır
 
14.11.2018
Yeni Şafak, Türkiyə
 

 
 
Antisemitizmlə mübarizədə həmrəyliyin gücü

 
 



JEWISH JOURNAL, ABŞ
02.05.2018


Müəllif: Milix Yevdayev

Ötən həftə Almaniyada keçirilmiş “Kipa marşı” zamanı çəkilmiş şəkilləri gördüm. Gözlərim yaşardı. Çünki mənim yaşımdakı yəhudilərə belə səhnələri, yəni antisemitizmlə mübarizədə belə həmrəyliyi görmək hər gün qismət olmur. Bu marş Almaniyanın bir çox şəhərlərində keçirilib. Amma bir şəkil diqqətimi daha çox cəlb etdi. Şəkildə hicabda olan müsəlman qadın kipa geymişdi və səmimi şəkildə gülümsəyirdi.

Mən müsəlmanlarla yəhudilərin ideal münasibətlərinin olduğu ölkədə yaşayıram. Bu münasibətlər ümumi dəyərlərə, dostluğa, vüqara, vətən daxil olmaqla, digər ümumi anlayışlara əsaslanır. Bilirəm ki, ölkəmizdəki dəyərlərə dünyanın digər hissələrində çox nadir hallarda rast gəlinir. Almaniyadakı nümayişdə insanların gülümsəməsisə onların ölkəmizdəki dəyərləri bölüşdüyünü göstərir. Odur ki, müxtəlif mədəniyyətləri qəbul edərək sülh şəraitində yaşayan cəmiyyət qurun və bu sülhü məhv etməyə çalışan qüvvələrlə mübarizə aparın.

Antisemitizm problemi durmadan dərinləşir. Buna müxtəlif ölkələrdə rast gəlmək mümkündür. Antidiffamasiya Liqasının son araşdırmaları göstərir ki, 2017-ci ildə təkcə ABŞ-da antisemitizm aktları 60% çoxalıb. Bu, 2016-cı illə müqayisədə rekord göstəricidir.

Bununla yanaşı, Almaniyada, həmçinin Fransada antisemitizm əhval-ruhiyyəsi və yəhudilərə hücum halları artıb. Ötən həftə Nyu-Yorkda yaşayan yəhudilərə bir neçə hücum olub. Almaniyada keçirlən “Kipa marşı”nın bu baxımdan çox sadə mənası var idi: yəhudilər olduqları ölkələrdə yaşamaqdan qorxmamalıdır, onları digər icmalar da müdafiə edir. Bu, çox ciddi jestdir. Amma bu nümayiş yenə də, sadəcə, jestdir. Alman xalqı getdikcə böyüyən bu problemin həlli üçün çox çalışmalıdır. Çünki Qərb ölkələrində bu iş əsas almanların üzərinə düşür.

Uzun müddətdir ki Azərbaycanda yaşayır və çalışıram. Ümid edirəm ki, bu təcrübəm müxtəlif ölkələrə konfessiyalararası və mədəniyyətlərarası harmoniyaya nail olmağa kömək edə bilər. Bu, hətta faciələrin baş verdiyi, müxtəlif hədəfləri olan xalqlarla əhatə olunmuş dövlətlərə də aiddir. Bu işdə bir aydın amil var: öhdəlik. Azərbaycan sosial harmoniyaya adi məsələ kimi baxmır. Çünki sosial harmoniya milli kimliyimizdə – musiqimizdə, incəsənətimizdə, təhsil proqramlarımızda, qanunlarımızda, liderlərimizdə dərin kök salıb. Sosial harmoniya cəmiyyətin müxtəlif təbəqələrində daha da güclüdür. Məhz buna görədir ki, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda yəhudi deputat belə, var. Üstəlik, o, həm müsəlmanları, həm də yəhudiləri təmsil edir.

Azərbaycanın orta məktəblərində yəhudi şagirdlərə pulsuz kaşrut yeməklər verilir. Ölkədə şəxsən prezident İlham Əliyevin tapşırığı ilə gözəl sinaqoqlar tikilib və ya bərpa olunub. Təəccüblü deyil ki, İ.Əliyev bu yaxınlarda keçirilmiş prezident seçkisində inamlı qələbə qazanıb və ölkədəki hər bir yəhudi də ona səs verib. O, hər zaman dəyərlər uğrunda ciddi mübarizə aparır. Bu dəyərlər Azərbaycandakı yəhudiləri də qoruyur və onların imkanlarını genişləndirir. Məhz bu dəyərlər 2 min ildir bu ölkədə yaşayan yəhudiləri müdafiə edir. O, sanki bir qalxan rolunu oynayır, icmamıza resusrlar, torpaq, bərabər hüquqlar verir.

Holokost zamanı Azərbaycan yəhudi qaçqınlar üçün sığınacağa çevrilmişdi. Bu ölkə nasistlərə qarşı yorulmaz mübarizə aparıb. Hazırda ölkədə 30 min nəfərlik güclü yəhudi icması var. Buraya dağ yəhudiləri (mizraxi), aşkenazlar və Gürcüstan yəhudiləri daxildir. Onlar ölkəmizin paytaxtı Bakıda, sırf yəhudi kəndi olan Qırmızı qəsəbədə və Azərbaycanın digər ərazilərində yaşayır.

Almaniyada keçirmiş “Kipa marşı” zamanı çəkilmiş şəkillərə yenidən baxıram. Bu zaman bütün bu məsələlər haqda düşünürəm. Amma ehtiyacı olanlara yardım edə bilmirəm. Bu nümayiş onlara sanki kiçik hədiyyədir. Təəssüf ki, bu nümayişin bütün dünya tərəfindən dəstəkləndiyini deyə bilmərəm. Hər halda, “Kipa marşı” bir qığılcımdır. Vaxtilə bir qığılcım yəhudilərin Azərbaycanda uzun müddət sülh şəraitində yaşamasına yol açıb. Ümid edirəm ki, belə nümayişlər bütün dünyada keçiriləcək. Nəticə etibarı ilə sülh bir-birini qəbul etmək və həmrəylik deməkdir. “Kipa marşı”nda müşahidə etdiyimiz həmrəylik addımları qiymətləndirilməli, davam etdirilməlidir. Çünki bu, nifrət və şərlə mübarizədə böyük əhəmiyyətə malik olan dəyərləri qorumaq deməkdir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az