22.09.2018 08:15
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Dino Ndlovu “Qarabağ”la danışıqlar aparan Billianta məsləhət verir

 
 



KICKOFF.com, CAR
03.05.2018


Müəllif: Zola Doda

Zimbabveli futbolçu Xama Billiantın klubu ilə yollarını ayırdığı və Azərbaycanın “Qarabağ” komandası ilə müqavilə imzaladığı haqda xəbərlər dolaşır.

Dino Ndlovu 2016-2017-ci illərdə “Qarabağ” klubunun şərəfini qoruyub. Daha sonra o, Çinin ikinci dvizionunda çıxış edən “Quançjou Qrintaun” klubuna keçib.

“Billianta demək istədiyim odur ki, “Qarabağ”a keçərsə, işinə 1000% məsuliyyətlə yanaşmalıdır. Doğrudur, klubun baş mşəqçisi Qurban Qurbanov futbolçuları əsir kimi saxlamır. Amma o, sanki bir diktatordur”, - deyə Ndlovu bildirib.

Ndlovunun sözlərinə görə, “Qarabağ”ın baş məşqçisi “gecə həyatı”nı sevən, gecə klublarına gedən oyunçuları xoşlamır: “O, şəhər haqda hər şeyi bilir, hər şeyi nəzarətdə saxlayır. “Qarabağ”ın baş məşqçisi sizə deyə bilər ki, filan vaxt evdə olmalısınız, əks halda cərimələnəcəksiniz. Səhəri gün o, sizdən soruşacaq: “Ötən gecə harada idin və evə saat neçədə qayıtmısan?”. Əgər Qurban Qurbanov sizə bu sualı verirsə, demək o, artıq cavabı bilir”.

Ndlovu deyir ki, “Qarabağ”ın baş məşqçisi oyunçularının futbola tam bağlı olmalarını istəyir: “O, oyunçuların futbolla yaşamasını istəyir. Əgər Billiantın “Qarabağ”a transferilə bağlı xəbərlər doğrudursa, o, futboldan başqa heç nə haqda düşünməli deyil. Billiantın həyatı futbol olmalıdır. Digər məsələlər ikinci plana keçməlidir”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: KICKOFF.com


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az