20.07.2018 18:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycandan kreativ turizm təklifi - FOTO
 
20.07.2018
Forbes, ABŞ
 

  Dinclik axtarırsansa, Azərbaycan təbiətinin sehrindən zövq al - FOTO
 
20.07.2018
Ər-Racul, Misir
 

  Azərbaycanı kim sifariş verib?
 
20.07.2018
The London Post, Böyük Britaniya
 

  Azərbaycan qadınlarının portreti - FOTO
 
19.07.2018
AgoraVox, Fransa
 

  Azərbaycan – muzeylər diyarı
 
17.07.2018
Əl-Ruya, BƏƏ
 

 
 
Əli Həsənovdan qonşu ölkələrə mesaj: “Azərbaycan İrana, Türkiyəyə və Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq”

 
 



ANAJ, İran
07.05.2018


Azərbaycan prezidenti İlham Əliyevin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov: “Azərbaycan Qərb ölkələrinin İran, Türkiyə və Rusiya kimi dost və qardaş xalqlara tətbiq etdiyi sanksiyalara qoşulmayacaq”.

Azərbaycan prezidentinin siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz rəsmi Facebook səhifəsində Qərb ölkələrinin Bakıya siyasi təzyiqlər göstərdiyini yazıb. “Azərbaycana Qərb tərəfindən Rusiya, İran və Türkiyəyə tətbiq olunan sanksiyalara qoşulması üçün edilən siyasi təzyiqlərin heç bir nəticəsi olmayacaq”, - deyə Həsənov qeyd edib: “Azərbaycan Qərbin bu sanksiyalarına qoşulmur. Biz ərazimizin başqa ölkələrə qarşı əməliyyat meydanı kimi istifadə olunmasına icazə verməyəcəyik. Bir sözlə, Azərbaycan İran, Türkiyə və Rusiya kimi dost və qardaş xalqlara tətbiq olunan sanksiyalara qoşulmayacaq”.

Ə.Həsənov mesajında Azərbaycana qarşı siyasi təzyiqlərin konkret nədən ibarət olduğunu yazmayıb. Amma İlham Əliyevin köməkçisinin bu mesajı Bakının Ermənistanda və ümumilikdə Cənubi Qafqazda yaşanmaqda olan, Qərbyönümlü qüvvələr tərəfindən kəskin mərhələyə keçirilmiş proseslərlə bağlı rəsmi mövqeyi kimi qiymətləndirilə bilər.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ANAJ


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az