22.09.2018 08:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan Cumhuriyyətinin 100 illiyi və Zifti cümhuriyyəti
 
20.09.2018
Əl-Bavvaba, Misir
 

  Ərdoğan Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması şərtini açıqlayıb
 
20.09.2018
Sputnik France, Fransa
 

  Libermanın verdiyi mesajlar Azərbaycan-İsrail əlaqələrini möhkəmləndirəcək
 
20.09.2018
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ kimindir - qərarı Putin verəcək?
 
19.09.2018
ROSBALT, Rusiya
 

  Türkiyə-Ermənistan münasibətləri : Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində
 
19.09.2018
La Presse, Kanada
 

 
 
Azərbaycanla İran müştərək neft şirkəti yaradacaq

 
 



DENİZ HABER AJANSI, Türkiyə
07.05.2018


Azərbaycanla İran Xəzər dənizindəki neft-qaz yataqlarının birgə istismarı məqsədilə müştərək neft şirkəti yaradacaq.

“Enerji Günlüğü” saytının məlumatına görə, İran Azərbaycanla müştərək neft şirkəti qurmaq niyyətindədir. İran İslam Respublikası neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmir Hüseyn Zəmani şirkətin iki ölkə tərəfindən imzalanmış memorandum çərçivəsində qurulucağını bildirib.

İran prezidenti Həsən Ruhaninin Azərbaycana martda etdiyi səfər vaxtı tərəflər arasında Xəzər dənizində bəzi neft və təbii qaz yataqlarının birgə istismarı haqda memorandum imzalanmışdı. Zəmaninin sözlərinə görə, məhz həmin memorandum iki ölkənin müştərək neft şirkəti qurmasını nəzərdə tutur. O, yeni şirkətin yaradılmasına yaxın vaxtlarda başlamaq niyyətində olduqlarını söyləyib.

İranın gündəlik neft ixracı həcmini 2,6 milyon barel müəyyənləşdirmiş rəsmilərin bildirdiyinə görə, bununla yanaşı, ölkə neft ixracını getdikcə artırmaqdadır.

Müştərək şirkət planı

İran Araşdırmaları Mərkəzindən də bildiriblər ki, sözügedən razılaşmanın əsasında Həsən Ruhaninin Azərbaycana səfəri dayanır. Söhbət onun bu il Növruz bayramından sonra, martın 27-29-da Türkmənistan və Azərbaycana etdiyi rəsmi səfərdən gedir. Bu səfərlər zamanı İranla Azərbaycan arasında 8, İranla Türkmənistan arasında isə 12 əməkdaşıq sazişi və niyyət protokolları imzalanıb. Hər iki səfər zamanı əsas müzakirə mövzüsü  iqtisadi əməkdaşlıq və enerji siyasəti olub.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DENİZ HABER AJANSI


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2018, WorldMedia.az